Peugeot şirkəti kütləvi debütü Cenevrə avtosalonunda baş tutacaq «bərkgedən» 508 Peugeot Sport Engineering barədə məlumat verib. Konsept 508 Hybrid seriya modelinin bazasında hazırlanıb və 400 at qüvvəsinə malik olan güc qurğusu ilə təchiz edilib.

508 Peugeot Sport Engineering modelinin üçmühərrikli sistemi 200 at qüvvəli 1,6-litrlik PureTech turbomühərrik və iki müxtəlif elektromotordan ibarətdir. Öndə quraşdırılan elektromotor 112, arxa oxdakı isə, 203 at qüvvəsinə malik olacaqdır. Konsept yerindən 100 km/saat həddinə 4,3 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saat təşkil edir.

11,8 kilovat-saatlıq batareyaya malıik olan konsept WLTP metoduna əsasən elektrik ötürməsi ilə 50 kilometr məsafə qət edəcəkdir. İdman rejimində elektromotor və turbomühərrik 190 km/saat həddinə qədər sürətlərdə birlikdə çalışacaqdırlar.

Konsept adi liftbekdən klirensi azaldılmış asqısı, genişləndirilmiş təkər izi ( öndə 24, arxada isə 12 millimetr) və yenidən tənzimlənmiş sükan sistemi ilə ilə seçilir. Avtomobil 380 millimetrlik ön diskləri və fqeydə alınmış supportlara sahib olub. Konsept 245/35 R20 ölçülü Michelin Pilot Sport 4S şinləri ilə təchiz edilir.

Aerodinamikanı yaxşılaşdırmaq üçün ön bamperdə iri hava girişləri və üzən ülgücləri olan kəsiklər  tətbiq edilib. Bu elementlər hava axınını radiatora tərəf yönəldirir. Bundan başqa, öndə və yan ətəklərdə kçik vinqletlər, arxada isə, yeni diffuzor quraşdırılıb. 

«Bərkgedən» hibridin salonu seriya Peugeot 508 modelində olduğu kimidir. Burada i-Cockpit ön panelini, sürücünün gözləri səviyyəsində olan cihazlar paneli, alkantara ilə üzlənmiş assimetrik sükan çarxını və toxunuşlara hissiyatlı olan transmissyanın coystikini görmək olar. Fərq yalnız istifadə edilmiş material və rəng çeşidində, həmçinin dəri və alkantara ilə üzlənmiş yeni komfortlu oturacaqlardadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Konseptin seriyaya buraxılması barədə məlumat verilməyib. Buna baxmayaraq, yaxın gələcəkdə elektrikləşdirilmiş sportkarların istehsalı fransız markası üçün əsas istiqamətlərdən biri olacaqdır.