Polestar şirkəti O₂ adlı konseptual kabrioleti təqdim edib.Konsept gələcək Polestar 5 modelinin yeni alüminium platformasında inşa olunub və qatlanan sərt damı olan ikiqapılı dördyerli elektrokardır. Konseptin əsas vəzifəsi Polestar markasının firma dizaynının inkişaf istiqamətini nümayiş etdirməkdir. Bundan başqa, şirkət nümayəndələrinin söylədiyinə görə, “damı açaraq mühərrikin səsini eştməmək inanılmaz hissləri bəxş edir”.

O₂ konseptinin eksteryer dizaynı yaxın zamanlarda Polestar 5 qran-turerinə çevriləcək Precept konseptindən götürülüb. Bu cizgilərin arasında bumeranq formalı ön optika, nazik zolaqdan ibarət olan arxa fənərlər və ənənəvi güzgüləri əvəzləyən miniatür kameralar var. Bununa belə, Polestar O₂ prototipi ön və arxa tərəflərin bucaqlı profili, dörd qapının əvəzinə iki qapısı və görkəmli arxa dayaqları ilə seçilir.

Konseptin salonu Tesla modelindəki kimidir: interyer minimalizmi ilə fərqlənir, ön panelin mərkəzində multimedia sisteminin 15-düymlük şaquli ekranı yerləşir, kəsilmiş sükan çarxının arxasında isə lakonik cihazlar paneli dayanır. Adından da göründüyü kimi, O₂ konseptində üstünlük ekologiyaya verilib: salondakı müxtəlif alüminium detallar onların utilizasiyasını asan etmək üçün işarələnmişdirlər. Avtomobilin oturacaqları da eyni məqsədlər üçün bir növ termoplastikdən hazırlanıblar.

Konseptin əsas “fişkası” arxa tərəfdəki xüsusi bölmədə yerləşən avtonom drondur. O, multimedia sisteminin ekranından  buraxılır və avtomobilin arxasınca 90 km/saat sürətilə uçaraq onu və ətrafı çəkir. Dronun bazaya qayıtmasından sonra alınan videoçarxı redaktə etmək və internetə qoymaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

O₂ konsepti Polestar 5 modeli ilə paylaşdığı yüksək sərtlikli yeni alüminium platformasına əsaslanır. Lakin konseptin texniki hissəsi barədə məlumatı açıqlamayıblar. Eyni zamanda, avtomobilin 90 km/saat həddini keçdikdən sonra dronun özünü necə aparacağı barədə məlumat verilməyib. İstənilən halda O₂ konseptdir və onun seriyaya gedəcəyi barədə eyham belə yoxdur.   

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.