Porsche şirkəti Porsche Sports Cup Germany yarış seriyasının 15 illik yubileyini xüsusi seriya ilə qeyd etmək qərarına gəlib. Porsche 718 Cayman GT4 Sports Cup Edition adını almış məhdud saylı seriya yarış avtomobillərinin üslubunda tərtibata malikdir.

Porsche 718 Cayman GT4 Sports Cup Edition modeli qırmızı qrafikası olan ağ və ya qara rəngli kuzova, qırmızı Guards Red rəngli kronşteynləri olan bərkidilmiş antiqanada, qırmızı haşiyəsi olan qara rəngli 20-düymlük təkər disklərinə sahib olub. Əyləc supportları və arxa hissədəki emblemlər də qara rəngə malikdirlər. Avtomobillə birlikdə iki qırmızı zolağı olan qara rəngli xüsusi örtük də verilir.

Məhdud seriyadan olan avtomobilin salonu qara rəngli dəri və alkantara ilə üzlənib – yalnız sürücü oturacağının orta hissəsi isə qırmızı rəngə malikdir. Salonda qapı və ön paneldə olan xüsusi dekorativ tikişləri, qırmızı rəngli təhlükəsizlik kəmərləri və qapı ilgəklərini, “12 saat” nişanəsi olan alkantara ilə örtülmüş sükan çarxını və cilalanmış alüminiumdan olan dekorativ panelləri görmək olar. Məlum məsələdir ki, mərkəzi konsolda həkk edilmiş “Porsche 15 Jahre Sports Cup Deutschland” emblemini də qeyd etmək lazımdır.

Image alt Image alt Image alt Image alt

Porsche 718 Cayman GT4 Sports Cup Edition modeli 420 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 4,0-litrlik oppozit mühərriki və altıpilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Bütün sportkarlar hündürlüyü 30 mm azaldılmış və adaptiv PASM amortizatorlarına malik olan asqı sistemi, arxa differensialın mexaniki qapadılması və dartma vektoruna nəzarət sistemi ilə təchiz edilirlər. Sportkar 100 km/saat həddinə 4,4 saniyəyə sürətlənir və 304 km/saatlıq maksimal sürət həddinə malikdir.

Porsche 718 Cayman GT4 Sports Cup Edition modelini Porsche markasının Almaniyadakı 88 diler mərkəzində satacaqdırlar. Avtomobilləri sayı və satış müddəti məhdudlaşdırılıb.