Porsche şirkəti öz sportkarlarının ekstremal versiyalarının buraxılması ənənəsini davam etdirir. Alman markası Porsche 911 Speedster modelindən sonra yeni 718 Cayman GT4 və 718 Spyder modellərini təqdim edib.

Yeni avtomobillərin əsas seçilən elementi onların mühərrikidir. Bildiyimiz kimi, Porsche 718 Cayman və 718 Boxster modelləri yalnız dördsilindrli turbomühərriklər ilə təchiz edilir. Yeni modifikasiyalar isə, Porsche 911 Carrera modelindən tanış olan təkmilləşdirilmiş altısilindrli oppozit atmosfer mühərriki ilə təchiz edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

420 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən mühərrik avtomobillərə 100 km/saat həddinə 4,4 saniyəyə sürətlənməyə imkan verir. 718 Spyder modeli - 301 km/saat, 718 Cayman GT4 isə 304 km/saat həddinə qədər sürətlənir. Hər iki sportkar 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Müasir ekoloji standartların tələblərinə cavab vermək məqsədi ilə, qutunun ötürmə əmsalları dəyişdirilib.

Image alt Image alt Image alt Image alt Image alt

Hər iki avtomobilin trek xarakterinə malik olmasına baxmayaraq, onlar standart kupe və rodsterdən ağır alınıblar.  Bunun səbəblərindən biri buraxılış sisteminə əlavə elementlərin quraşdırılması, həmçinin start/stop sisteminin batareya və startyorunun böyüdülməsi olub. Bu yeniliklər avtomobillərin çəkisini 30 kiloqram artırıb.

Yenidən işlənmiş aerodinamika avtomobilin yerəbasma gücünü sələfinə nisbətən 50% artırıb. Nəticədə,  yeni Porsche 718 Cayman GT4 modeli “Şimal ilgəyində” 10 saniyə daha yeyin olub. Buna avtomobilin yüngülləşdirilmiş 20-düymlük təkər diskləri və Michelin Pilot Sport Cup 2 şinləri də xidmət edir.

Avtomobillərin hərəkət xarakteristikalarının yaxşılaşdırılmasına 30 millimetr azaldılmış klirens, aktiv amortizatorlar, fırlanma anının yeni vektorlaşdırma sistemi, differensialın mexaniki qapanması və digər elementlər xidmət edir. Bu detalların arasında Porsche 911 GT3 modelindən götürülənlər də vardır.

Opsional olaraq karbon-saxsı əyləc mexanizmlərini, yüngülləşdirilmiş idman oturacaqlarını və Clubsport dəstini sifariş etmək olar. Sonuncunun tərkibinə təhlükəsizlik karkası, yanğınsöndürən və altınöqtəli təhlükəsizlik kəmərləri olan yarış kresloları daxildir.

Yeni ekstremal sportkarlara şifarişlər artıq qəbul olunur.