ABŞ-da yaşayan kolleksiyaçı ona məxsus olan Carrera GT superkarını tam bərpa işlərinin aparılması məqsədi ilə Porsche şirkətinə qaytarıb. 15 il bundan öncə buraxılmış sportkar bəpradan sonra Atlanta şəhərində təşkil edilmiş xüsusi tədbirdə avtomobilin sahibinə təhvil verilib. Tədbirdə jurnalistlər və 100 nəfər dəvət edilmiş qonaq iştirak edib.

İlkin olaraq, avtomobil sahibi alman istehsalçısından onu boyamağı xahiş edib. O, 1970-ci ildə Porsche şirkətinin boya çeşidində daxil edilmiş xüsusi yaşıl rəngi seçib. Bu rəng Carrera GT üçün təklif olunmayıb. Eyni zamanda, sportkar maqnezium qarışığından hazırlanmış xüsusi təkər disklərinə də sahib olub. Diskin daxili hissəsi əsl gümüşün əsasında hazırlanmış xüsusi qatla örtülüb. Oksidləşməyə qarşı şəffaf lakla örtülmüş səth bütöv xromlanmış detal görünüşünü yaradır.

Porsche mütəxəssisləri bütün karbondan hazırlanmış detalların bərpasına 350 saat vaxt sərf ediblər. Buna monokok da daxildir. Bundan başqa, avtomobilin salonu yenidən tərtib edilmiş, asqıdetalları, mühərrik və transmissiya zavod vəziyyətinə gətirilmişdir.

Porsche Carrera GT modeli 2004-ci ildən 2007-ci ilə qədər buraxılıb. Avtomobilin istehsal tirajı 1270 ədəd təşkil edib. Rodster 612 at qüvvəsi və 590 Nm fırlanma anı hasil edən 5,7-litrlik V10 mühərriki və altı pilləli mexaniki qutu ilə təchiz edilirdi. Carrera GT modelinə 100 km/saat həddini toplamağa  3,9 saniyə gərəkdir. Onun maksimal sürəti 330 km/saatdır. Yaxşı vəziyyətdə olan rodsterin qiyməti bir milyon dolların üzərində ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt