Porsche şirkəti Taycan elektrokarının güc qurğusunun effektivliyini nümayiş etdirib. Baden regionunun cənubundan yerləşən Lar şəhərinin hava limanında elektrokarın seriyaöncəsi variantı 26 dəfə ardıcıl 200 km/saat həddinə qədər sürətlənib.

Ən maraqlısı odur ki, elektromobil güc itkisi ilə üzləşməyib. Cəhdlərdə göstərilmiş ortalama zaman 10 sanyədən az olub. Ən sürətli və ən yavaş zaman arasında fərq 0,8 təşkil edib. Sınaqlar zamanı havanın temperaturu Selsi üzrə 28 dərəcə olub.

Porsche Taycan modelinin seriya variantı 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Elektrokarın maksimal sürəti 250 km/saat həddinə elektronika tərəfindən məhdudlaşdırılacaqdır. Taycan modelinin kütləvi debütü Frankfurt avtosalonunda keçiriləcəkdir. Elektromobilin satışlarına ilin sonunda start veriləcəkdir.