«Car» dərgisi ilk Porsche elektrokarı barədə məlumatı əldə edib. Porsche Taycan standart olaraq arxa ötürməli olacaqdır. Tam ötürməli elektrokarlar ənənəvi olaraq Carrera 4S və Turbo adlandırılacaqlar.

Elektrokarın baza versiyası 80 kilovat-saatlıq batareyaya, 326 yaxud 381 at qüvvəli elektromotor ilə təchiz ediləcəkdir. Porsche Taycan Carrera 4S  iki elektromotor və 96 kilovat-saatlıq batareya ilə təklif olunacaqdır. Elektromotorların ümumi hasilatı 435 və yaxud 490 at qüvvəsi olmalıdır.

Top modifikasiya olacaq Porsche Taycan Turbo da iki elektromotorla təchiz ediləcəkdir. Ön oxda yerləşdirilmiş mühərrik 218 at qüvvəsi və 300 Nm, arxa oxdakı isə 408 at qüvvəsi və 550 Nm təklif edəcəkdir. Mühərriklərin ümumi hasilatı 629 at qüvvəsi və 880 Nm olmalıdır. Overbust rejimində fırlanma anını 10 saniyə müddətinə 1000 Nm qədər artırmaq olar.

Turboversiya, birinci pilləlinin qapanmasını təmin edərək, transmissiyanı zədələnmələrdən qoruyan ikipilləli reduktorlara və elektron qapanması olan arxa differensiala sahib olacaqdır. İlkin məlumata görə, Taycan Turbo 100 km/saat həddini 3,2 saniyəyə, 200 km/saat həddini isə, 10 saniyədən az müddətə toplayacaqdır. Elektrokarın maksimal sürəti 261 km/saat olacaqdır.

Porsche Taycan Turbo modelinin batareyası da 96 kilovat-saatlıq olacaqdır. Batareya 34 ayrı modulda yığılan 408 akkumulyator özəklərindən ibarətdir. Akkumulyator 100 km/saata qədər - 10, 200 km/saata qədər isə 4 güclü sürətlənməyə davam gətirməyə qadirdir. Elektrokarın yürüş məsafəsi 515 km təşkil edir. 800 kilovatlıq cərəyanla işləyən batareya 250 kilovatlıq yükləməniu dəstəkləyir. 2021-ci ildən bu dəstəkləmə 350 kilovat olmalıdır.

Porsche Taycan modelinin bahalı versiyaları aktiv aerodinamika, tam idarələnən şassi, aktiv stabilizatorlar, pnevmoasqı və karbon-saxsı əyləc mexanizmləri ilə təchiz ediləcəkdirlər.

Sonradan elektrokarın 734 at qüvvəli Taycan Turbo S və yüngülləşdirilmiş arxaçəkişli Taycan GTS versiyası işıq üzü görəcəkdir.

Mənbə: Car