Bu gün BMW şirkəti əhdinə sadiq qalaraq yenilənmiş 7-Series sedanını təqdim edib. Restaylinq keçən bayraqdar sedan X7 krossoverində debüt etmiş iri radiator barmaqlığına, yenilənmiş mühərrik çeşidinə, o cümlədən yeni səkkiz silindrli mühərrikə sahib olub.

BMW 7-Series səthi 40% artırılmış radiator barmaqlığı ilə yanaşı yeni kapota sahib olub. Ön tərəfin dəyişən dizaynı sayəsində avtomobilin kapotu 50 millimtr hündürdə yerləşir. Bundan başqa, yenilənmiş sedan yeni ön və arxa fənərlərə sahib olub: sonuncular işıqlanan zolaq vasitəsi ilə vizual olaraq birləşirlər.   Restaylinq keçmiş sedanı təkmilləşdrilimiş bamperləri, buraxılış sisteminin çıxış boruları və “hokkey çubuğu” adlandırılan dekorativ element sayəsində ayırd etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt

Sələfi ilə müqayisədə yenilənmiş sedan 22 millimetr uzun olub: bu həm standart, həm də uzunbazalı modifikasiyaya aiddir. Beləliklə, müvafiq olaraq, yenilənmiş sedan 5120 və 5260 millimetrlik uzunluğa malikdir. Avtomobilin eni və hündürlüyü dəyişməyib – 1902 və 1467 (1479 uzunbazalı versiya) millimetr. Bundan başqa, sedan yeni rəng variantlarına, təkər disklərinə və eksteryerin müxtəlif tərtibat dəstlərinə sahib olub.

Sedanın arxa təkər tağlarının, mərkəzi dayağının və salonun arxa hissəsindəki kəmər qıfıllarının örtüklərinin səs izolyasiyası yaxşılaşdırılıb. Salonda yeni sükan çarxı peyda olub, smartfonların induksion doldurulması meydançası stəkanaltıların önündə yerləşdirilib, multimedia sistemi isə yeni proqram təminatını əldə edibdir. Arxa sərnişinlərin əyləncə sistemi iki 10-düymlük sensorlu Full HD displeyinə və Blu-ray pleyerinə sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bayraqdar sedanın təchizatına 12,3-düymlük rəqəmsal cihazlar paneli, yeni BMW 7.0 əməliyyat sisteminə malik olan multimedia sistemi və Personal Assistant səs yardımçısı daxil edilibdir. Sonuncu “Ok, BMW” kəlməsi ilə aktivləşir və avtomobilin bir sıra funksiyalarını səs komandaları vasitəsi ilə tənzimləməyə şərait yaradır. Bundan başqa, BMW 7-Series standart olaraq mütərəqqi parkedici ilə təchiz edilir: sistem  dayanacaq yerinə arxa hərəkətlə getməyi və əvvəl qət edilmiş yolla (50 metrə qədər) geri qayıtmağı bacarır.

BMW 7-Series modeli standart olaraq 249 at qüvvəli 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilən 730i modifikasiyasında təklif olunacaqdır. BMW 750i modeli isə, 530 at qüvvəsi təklif edən təkmilləşdirilmiş 4,4-litrlik V8 mühərrikinə sahib olub. Yeni mühərrik əvvəlkindən 80 at qüvvəsi güclüdür. Bayraqdar sedanın top modifikasiyası 760Li xDrive modeli olacaqdır. Top modifikasiya 609 at qüvvəsi hasil edən 6,6-litrlik V12 mühərriki ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş 7-Series modelinin mühərrik çeşidinə 394 at qüvvəli hibrid qurğusu (745e) və üç 3,0-litrlik altısilindrli dizel mühərriki daxil edilibdir. Dizel aqreqat 249 (730d), 320 (740d) və 400 (750d) güc variantlarında təklif edilir.