Bir müddət bundan öncə, Land Rover şirkəti beşqapılı Defender 110 modelinin kamuflyajlı şəkillərini dərc etmişdir. Bu günlərdə isə, paparazzilər qısabazalı Defender 90 modelini bənzər kamuflyajda yaxalayıblar. Çox güman ki, bu sınaqlarda iştirak edən dörd prototipdən biridir.

Bununla bərabər, Automotive News nəşrinin bildiridiyinə görə, yeni ofrouderin istehsalının Slovakiyanın Nitre şəhərindəki zavodunda təşkil ediləcəyi də təsdiq olunub. yeni Land Rover Defender modelinin gələn il debüt edəcəyi gözlənilir. Yeni ofrouderin satışlarına isə 2020-ci ildə başlanacaqdır.

Slovakiyadakı zavodun seçilməsi Defender modelinin həmin zavodda buraxılan Discovery modeli ilə unifikasiya olunduğuna işarə edir. Çox güman ki, yeni Defenderin inşa edildiyi MLA (Modular Longitudinal Architecture) platforması, D7u alüminium platformasının təkamülüdür.

Ofrouderin mühərrik çeşidinə Ingenium  ailəsindən olan 2,0-litrlik dizel aqreqatı və 3,0-litrlik benzim mühərriki  daxil ediləcəkdir. Defender modelinin 5,0-litrlik V8 mühərrikinə də sahib olmaq şansı vardır. Çox güman ki, güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar.