Land Rover şirkəti Velar modelinin xüsusi SVAutobiography Dynamic Edition variantını təqdim edib. Xüsusi seriyadan olan ofrouderlər 5,0-litrlik kompressorlu V8 mühərrikinə, həmçinin xüsusi olaraq bu model üçün tənzimlənmiş asqı və sükan sisteminə sahib olublar.

Velar SVAutobiography Dynamic Edition modelinin hazırlanmasına Land Rover Special Vehicle Operations (SVO) bölməsinin mütəxəssisləri 63900 saat sərf ediblər. Zahiri cəhətdən xüsusi seriyadan olan ofrouderi yeni radiator barmaqlığı, iri hava girişləri olan dəyişdirilmiş ön bamperi və buraxılış sisteminin rombşəkilli dörd çıxış boruları sayəsində ayırd etmək olar.

"Bərkgedən" ofrouderin standart təchizatına salonun yüksək keyfiyyətli dəri ilə üzlənməsi, yaddaş, massaj və havalandırma funksiyaları olan ön oturacaqlar, idman sükan çarxı və pedallar, karbondan dekor elementləri, 12,3-düymlük virtual cihazlar paneli və 21-düymlük təkər diskləri daxildir. Opsional olaraq 22-düymlük təkər disklərini də sifariş etmək olar.

Ofrouder öndə 395-millimetrlik ikitərkibli, arxada isə 396 millimetrlik əyləc disklərinə sahib olub. SVO mütəxəssisləri avtomobilin köndələn dayanıqlılıq stabilizatorlarının, elektronika idarələnən amortizatorların parametrlərini dəyişərək, daha sərt yayları quraşdırıblar.

Tam çəkiş sistemi də təkmilləşdirilib: sistem gücləndirilmiş paylaşdırıcı qutuya malik olub. Sükan sisteminin işləmə alqoritmi də dəyişib. Xüsusi olaraq bu model üçün hazırlanmış səsboğucu sistem 7,1 kiloqram yüngül olmaqla bərabər, həm də daha gur səsə malik olub.

Range Rover Velar SVAutobiography Dynamic Edition V8 mühərriki ilə təqdim edilən yeganə Velar modelidir. Məlumdur ki, Range Rover Velar dörd silindrli turbomühərrik və V6 aqreqatları ilə təchiz edilir. "Bərkgedən" ofrouderin 5,0-litrlik kompressorlu V8 mühərriki 550 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edir. Ofrouder 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və 274 km/saatlıq maksimal sürət həddinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Altı rəngdə kuzov rənginə və interyerin dörd variantda tərtibatına malik olan Velar SVAutobiography Dynamic Edition Böyük Britaniyada 86120 funt sterlinqdən başlayan qiymətlərlə satılacaqdır.