Renault şirkəti Cenevrə avtosalonunda fransız markasının stendində nümayiş etdiriləcək avtomobillərin siyahısını açıqlayıb. Onların arasında bu günə qədər yalnız bir tizerdə görünmüş sirli Morphoz krossoveri də vardır. Konsept haqqında yeganə məlum olan onun elektrik güc qurğusu olə təchiz edildiyidir.

Renault Morphoz markanın gələcək elektromobilləri haqqında təsəvvür yaratmalıdır. Şəkildə, böyük ehtimalla, avtomobilin arxa hissəsində yerləşən adı əks olunub. Morphose konseptindən başqa, fransız markası Cenevrəyə tamamilə yeni Twingo ZE modelini və Megane Estate E-Tech qoşulan hibridini  gətirəcəkdir. Sonradan hibrid aqreqatı Clio və Captur modelləri də alacaqdırlar.