Renault şirkəti Megane modelinin 1.7 Blue dCi 150 EDC modifikasiyasına sifarişləri qəbul etməyə başlayıb. Blue dCi ailəsindən olan yeni mühərrik azot oksidinin selektriv SCR neytralizatoru və sərt hissəciklər filtri ilə təchiz edilir.

Euro 6D Temp normalarına cavab verən dizel aqreqatı 150 at qüvvəsi və 340 Nm fırlanma anı (1750 dövr/dəqiqə) hasil edir. Altı pilləli «robotla»  tandemdə çalışan güc aqreqatı 100 kilometrə 4,7 litr yanacaq sərf edir. Belə mühərriklə təchiz edilən hetçbek 100 km/saat həddinə 9,3, universal isə 9,5 saniyəyə sürətlənir. Modelin maksimal sürəti 205 km/saatdır.

Yeni dizel Megane modelinin aqreqat çeşidində Blue dCi 95 və Blue dCi 115 mühərriklərini tamamlayıb. Bununla bərabər 110, 130 və 165 at qüvvəli Energy dCi aqreqatları Megane modelinin mühərrik çeşidindən çıxarılıblar.

Eyni zamanda, fransız istehsalçısı Megane modelinin yeni Limited versiyasını da təqdim edib. Bu versiya həm hetçbek, həm də universal kuzovları ilə əlçatandır. Limited versiyasının baza təchizatına 17 düymlük Calsium təkər diskləri, qara parlaq gövdəli güzgülər, tündəşdirilmiş şüşələr, yol nişanları və xəttlərinin aşkar edilməsi sistemi, avtomatik uzaq işıqlar, R-Link 2 multimedia sistemi, yeddi düymlük displey və güzgülərin elektrik ötürməsi daxildir.

Renault Megane Estate modeli Blue dCi 150 mühərriki ilə təklif edilməsə də, universalı Blue dCi 115 dizeli, həmçinin 115 və 140 at qüvvəli TCe benzin mühərrikləri, mexaniki qutu və ya «robot» ilə sifariş etmək mümkündür. Fransada Blue cDi 150 mühərriki ilə təchiz edilmiş Megane modellərinin qiyməti 32800 avrodan başlayır.