Renault şirkətinin Rusiya ofisi yenilənmiş Kaptur krossoverini təqdim edib. Krossover Arkana modelinin turbomühərrikini, yeni ötürələr qutusunu və tamamilə yenidən işlənmiş interyeri əldə edib.

Renault Kaptur modeli üçün əsas yenilik Daimler ilə birlikdə hazırlanmış TCe 150 turbomühərrikidir. Mühərrik 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edir və səkkizinci nəsil Jatco variatoru ilə tandemdə çalışır. Turbomühərrik həm ön ötürməli, həm də arxa oxu qoşan elektromaqnit muftası olan tam ötürmə sistemi ilə təchiz olunmuş krossoverlər üçün əlçatandır.

Baza mühərriki qorunub saxlanılıb: 114 at qüvvəsi və 156 Nm fırlanma anı hasil edən 1,6-litrlik mühərrikdir. Aqreqat 5-pilləli mexaniki ötürmələr qutusu və ya CVT7 variatoru ilə təchiz edilir. Digər dəyişikliklər arasında yenidən işlənmiş asqı və dəyişkən məhsuldarlığa sahib yeni elektromexaniki sükan gücləndiricisi vardır. Yeni gücləndirici sayəsində yol səthindən sükana ötürülən parazit titrəmələrin sayını və dayanacaqdakı manevrlər zamanı tətbiq edilən gücü azaldıb.

Yenilənmiş Renault Kaptur modelini yeni radiator barmaqlığı, dönmə işıqları olan güzgülər və yeni təkər diskləri sayəsində tanımaq olar. Salonda hündürlüyü tənzimlənən çoxfunksiyalı yeni sükan çarxı quraşdırılmış, istifadə edilən tərtibat materialları dəyişdirilmiş və erqonomika yaxşılaşdırılmışdır. Yeni mərkəzi konsolda iki stəkan tutacağı, transmissiyanın selektoru və əlavə saxlama bölməsi olan mərkəzi dirsəkaltı üçü yer tapılıb. Şüşəqaldıranların idarəetmə bloku və ön paneldəki funksional düymələri dəsti dəyişdirilib. Arxa sərnişinlər üçün konsolda iki USB girişi və oturacaqların qızdırılmasını aktivləşdirən düymələr quraşdırılıb.

Kaptur modelinin avadanlıq siyahısına daxili işıqlandırma, interyerin mavi rəngdə dekorativ elementləri olan Blue Pack staylinq dəsti, 8,0-düymlük ekrana sahib olan, Apple CarPlay, Android Auto, Yandex.Auto tətbiqlərini dəstəkləyən və səslə idarə olunanyeni Easy Link mediasistemi daxildir. Bundan əlavə, altı dinamiki və subvuferi olan Bose səs sistemi, kor zonalara nəzarət funksiyası, dördkameralı dairəvi müşahidə sistemi, həmçinin yeni açarsız giriş sistemi də təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Başlanğıc Renault Kaptur Life modifikasiyası 1,020.000 rubla (24.400 manat) satılır. 1,515.000 rubla (35.240 manat) maksimal opsiyalar dəstinə, əlavə aksesuarlara və tam ötürməyə malik olan Edition One nəşri təklif olunur. Ötdən ötürməli Kaptur Edition One versiyası üçün isə 1,420.000 rubl (33.960 manat) tələb olunur.

Yenilənmiş Renault Kaptur modelinin Azərbaycan bazarındakı satışlarına bu ilin sonunda başlanmalıdır.