2016-cı ildə təqdim edilən Roewe (bizim bazarda MG markası kimi tanınır) RX5 krossoveri Çin bazarının bestsellerinə çevrilib. Ola bilsin ki, RX5 modelinin Tiguan ilə oxşarlığı bu uğurun əsas səbəblərindən biri idi. Başlanğıcda Roewe krossoveri ildə 220-230 min nüsxədə satılırdısa, restaylinqdən sonra RX5 modelinə olan tələbat azalmağa başladı - ötən il cəmi 98 min avtomobil satılıb. Lakin şirkət artıq Tiguan imicinə qayıtmayaq fikrində deyil: bu günlərdə ikinci nəsil Roewe RX5 krossoveri təqdim olunub və o, tamamilə fərqli dizayna malikdir.

Krossover daha böyük və daha aqressiv olub. Təmkinli görünüşün əvəzinə nəhəng radiator barmaqlığı, meyl bucağı artırılmış arxa dam sütunları və 20-düymlük təkər diskləri olan cəsarətli dizayn var. LED fənərlər artıq “bazadadır”, gündüz hərəkət işıqların rolunu isə ön tərəf boyunca uzanan işıqlanan zolaq oynayır. Bahalı versiyalarda radiator barmaqlığının hüceyrələri şəklində hazırlanmış əlavə bölmələri olan ön fənərlər var.

Roewe RX5 modelinin uzunluğu 4556-dan 4655 millimetrə, təkər bazası isə 2708-dən 2765 millimetrə qədər artırılıb. Krossoverin eni (1890 millimetr) və hündürlüyündə (1664 millimetr) cüzi artım var. Bir sözlə, indi Roewe RX5 Mitsubishi Outlander və Nissan X-Trail modellərinin sinif yoldaşıdır. Arxa müstəqil asqısı olan şassi də təkmilləşdirilib.

İnteryer kiçildilmiş mərkəzi konsolu və hündür ikisəviyyəli tuneli olan ənənəvi lekallara uyğun şəkildə dizayn edilib. Bununla belə, Roewe markasını cihazlar panelinin və mediasistemin ekranlarını geniş displeydə birləşdirməyə qərar verən ilk istehsalçılardan biri olduğunu söyləmək çətindir. Bu displey 27-düymlük ölçüyə malikdir və əlavə olaraq onu ön panel boyunca hərəkət etdirmək olar!

Lazım gələrsə, ön sərnişin bu “televizoru” özünə doğru hərəkət etdirə bilər: ekranın hərəkət diapazonu 300 millimetrdir. Düzdür, tərtibatçılar ekranın “sərnişin” mövqeyində olduğu zaman cihazların panelinin təsvir formatının necə dəyişəcəyini hələlik dəqiqləşdirməyiblər. Üstəlik, ön sərnişin hava yastığının necə açılacağı da sual doğurur.

Media sisteminin özü Zebra Zhixing Venus R əməliyyat sisteminə, 5G bağlantısına, “hava” üzərindən yenilənmə və səslə idarəetmə funksiyasına malikdir. Sonuncudan istifadə edərək klimat-kontrolu və panoram damı idarə etmək mümkündür. Opsional avadanlıq siyahısına dairəvi müşahidə kameraları, adaptiv kruiz-kontrol və digər elektron köməkçilər daxildir. Üstəlik, ön qanadlardakı qara örtmələr təkcə dekorasiya elementi deyil, həm də kor nöqtələrə nəzarət sisteminin yan kameralarının korpuslarıdır.

Roewe RX5 krossoverinin baza versiyası yeni 1,5-litrlik turbomühərriklə təchiz olunur: onun qənaətcil Miller dövrü ilə işlədiyi və 40% istilik səmərəliliyinə malik olduğu bildirilir. Mühərrikin hasilatı 188 at qüvvəsi və 300 Nm fırlanma anıdır. Transmissiya - iki “yaş” muftası olan yeddi pilləli “robotdur”. Ötürmə - ön oxadır. Xatırladaq ki, RX5 modelinin ilk nəsli tam ötürmə sistemi ilə də təklif edilirdi.

Bir müddətdən sonra hibrid güc qurğusu ilə hərəkətə gələn Roewe eRX5  modeli də peyda olmalıdır. Hibrid qurğunun tərkibinə 1,5-litrlik turbomühərrik, habelə benzin mühərriki ilə ötürmələr qutusunun arasında quraşdırılmış 79 at qüvvəli elektrik mühərriki daxildir. Hibrid litium-dəmir -fosfat dartma batareyasına sahib olacaqdır. Digər təfərrüatlar daha sonra açıqlanacaqlar.

Çin bazarında yeni Roewe RX5 ilin ikinci yarısında peyda olacaqdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin onlar dəqiq artacaqlar . Hazırda krossoverin birinci nəsli 14 min - 19 min dollar arasında qiymətlərlə satılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.