Keçən Rolls-Royce şirkəti bir müddət bundan öncə təqdim etdiyi Cullinan miqyaslı modelinin qiymətini açıqlayıb. 1:8 miqyasında hazırlanan modelin yaradılmasına Rolls-Royce mütəxəssislərinin 450 saat sərf edirlər. Dəbdəbəli Britaniya markasının ilk krossoverinin oyuncaq variantı üçün 17-27 min dollar ödəmək gərəkdir. Müqayisə üçün, ABŞ-da bu qiymətə yeni Toyota Corolla sedanını almaq olar. Özü də oyuncaq deyil, əsl avtomobili…

Rolls-Royce, Cullinan miqyaslı modelini sənət əsəri ilə müqayisə edir və oyuncağı hər bir nüsxəsinin demək olar ki, əsl krossover kimi yığlaraq boyandığını və cilalandığını iddia edir. Bundan əlavə, müştəri kuzovun və interyerin rəngini, dəri kresloların üzlükləri və tikişləri da daxil olmaqla, salonun tərtibat materiallarını müstəqil şəkildə seçə bilər.

Image alt Image alt Image alt Image alt

Maksimal detallaşdırma yalnız eksteryer və interyerə aid deyil: oyuncaq modelin kapotunun altında 6,75-litrlik V12 mühərrikinin dəqiq nüsxəsi yerləşir. Hətta, qapıdakı yuvalarından miniatür çətirləri də çıxarmaq olar. Miqyaslı modelin işıq texnikası da diod işıqlandırması Cullinanın işıq texnikasını təkrarlayır. Bundan əlavə, Rolls-Royce modeli olduqca böyükdür: onun futlyarının ölçüsü bir metrə çatır, modelin özünün uzunluğu isə təxminən 70 santimetrdir.

Son dərəcə dəqiq yanaşmaya baxmayaraq, Rolls-Royce modelinin qiyməti heyrətləndiricidir. Miqyaslı modelin baza versiyasını ABŞ-da 17.100 dollara, maksimal dərəcədə fərdiləşdirilmiş versiyanı isə 32.765 dollara almaq olat. Şimali Amerikada bu məbləğə yaxşı təchizata malik olan Toyota Corolla modelini almaq olar, çünki yapon sedanının qiyməti 19.600 dollardan başlayır.

Mənbə: Cnet.com