Dawn modeli Rolls-Royce markasının ən qədim modellərindən biridir. Bu gün britaniya markası Dawn modelinin müasir veriyasını öz pərəstişkarlarına təklif edir. Bununla belə, Rolls-Royce şirkətinin mətbuat xidməti kolleksiyaçılar üçün maraqlı olacaq Dawn Silver Bullet Collection rodsterinin eskizlərini dərc edib.

Rolls-Royce şirkəti məhdud sayda buraxılacaq kabrioletin “1920-ci ilin əfsanəvi rodsterlərindən” ilham alınaraq yaradıldığını və onun “keçmiş günlərin qarğısız münasibətlərini ifadə edən, bu günki nonkonformistlər və zövq aşıqlərinə yönəldilmiş”  dizayna malik olduğunu bildirib. Dərc  edilmiş tizerdən kabrioletin retro üslubda dekorasiyaya sahib olduğu görünür.

Image alt Image alt Image alt Image alt

Avtomobilin maraqlı cəhətlərindən biri ona sürət və dinamikanı bəxş etdirən Aero Cowling panelidir. Kabrioletin salonu isə, müasir materialların və dizayn üslubunun vəhdətini özündə əks etdirir.

Rolls-Royce şirkəti Dawn Silver Bullet Collection kabrioletinin Collection Car seriyasına aid ediləcəyini və 50 nüsxəlik məhdud saylı tirajla buraxılacağını bildirib. Kolleksiya modelinin qiyməti açıqlanmayıb. Xüsusi rodsteri sifariş edənlər, Whispers tətbiqi vasitəsi ilə göndəriləcək dəvətnamələr sayəsində “möhtəşəm səyahətlərə” yollanmaq şansına malik olacaqdırlar.