Rolls-Royce şirkəti Black Badge təchizat səviyyəsində malik olan üç modeli üçün nəzərdə tutulan Neon Nights rəng palitrasını təqdim edib. Palitraya üç çalar daxildir: Wraith üçün Lime Rock Green, Dawn üçün Eagle Rock Red və Cullinan üçün Mirabeau Blue. Bu seriyadan olan modellərin tiraj yalnız 12 nüsxədən ibarət olacaqdır – yəni hər bir rəngdən olan dörd avtomobil istehsal ediləcəkdir.

Neon örtük, ilkin olaraq, Bespoke bölümü tərəfindən amerikalı müştərilər üçün şöbəsi hazırlanmışdı, lakin sonradan şirkət yeni palitranı qlobal səviyyədə təklif etmək və avtomobillərin tirajını 12 nüsxəyə qədər artırmaq qərarına gəlib. Çalarları seçərkən Bespoke bölümündə canlı təbiətdən ilham alıblar: məsələn, yaşıl Lime Rock Green rəngi Avstraliya ağac qurbağası üçün tipikdir, qırmızı Eagle Rock Red Havayda tapılan həmişəyaşıl Ohia ağacının çiçəklərini təqlid edir, Mirabeau Blue Cənubi Amerikada yaşayan eksoztik kəpənəyin rəngidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər üç avtomobilin ön panelləri Technical Fibre (toxunmuş alüminium sapları olan karbon lifi) materialından hazırlanmış və sürət nəticəsində işığın təhrif olunmasını tərənnüm edən qrafika ilə bəzədilmişdir. Onlara vurulan texnoloji boya, intensiv neon parıltısının təsirini yaradır. Şirkətdən, neon çalarlarda olan hər bir Black Badge modelinin yalnız üç nüsxədən ibarət tirajla buraxılacağını bildiriblər.