Gələn ilin martında keçiriləcək Cenevrə avtosalonunda Seat şirkəti növbəti nəsil Leon hetçbekinin prototipini nümayiş etdirəcəkdir. Konsept ispan markasının yeni dizayn üslubunu nümayiş etdirəcəkdir. Bu üslub sayəsində Seat modelləri Volkswagen Group daxilindəki qohum markaların avtomobillərindən ciddi şəkildə fərqlənəcəkdir.

"Autocar" dərgisinə verdiyi müsahibəsində Seat şirkətinin rəhbəri Alexandro Mesonero-Romanos markanın iti bucaq və xəttlərdən imtina edəcəyini bildirib.Yüni üslub daha “qabarıq və gərgin” olacaqdır. Şirkət rəhbəri yeni avtomobillərin “bir toxunuşla ehtirası hiss etdirən” səthə malik olacağını söyləyib.

Eyni zamanda Mesonero-Romanos Seat şirkətinin elektrik modellərinin digərlərindən seçilməyəcəyini də qeyd edib. Bununla belə, Volkswagen konserninin yeni MEB platforması elektrokarların formatına öz təsirini göstərəcəkdir. Elektrokarlar daha geniş təkər bazasına, qısa çıxışlara və iri təkər disklərinə sahib olacaqdırlar.