Seat şirkəti bu ilin əvvəlində Cupra subbrendinin ilk modeli olan Ateca krossoverini təqdim etmişdir. Bu günlərdə ispan şirkəti diqqəti bu modelin üzərinə yönəldib. Satışları 2019-cu ildə başlanacaq “qaynar” krossover fevral ayında bəyan ediləndən daha yeyin imiş.

Belə ki, istehsalçı fevralda Cupra Ateca modelinin 100 km/saat həddinə 5.4 saniyəyə sürətləndiyini bildirmişdir. Bu gün isə şirkət avtomobilin 100 km/saat həddinə 5,2 saniyəyə sürətləndiyini iddia edir. Üstəlik, krossoverin maksimal sürəti 245 km/saat deyil, 247 km/saatdır. Eyni zamanda, Seat şirkəti avtomobilin yeni WLTP dövrü ilə 100 kilometrə yanacaq sərfiyyatını da açıqlayıb -  ortalama 8,5-8,9 litr.

Xatırladaq ki,i Cupra Ateca krossoverinin 2,0-litrlik benzin turbomühərriki 300 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Güc aqreqatı yedi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Krossoverin şassisi standart olaraq adaptiv asqı sistemi ilə təchiz edilir. Asqı Normal, Sport, Individual, Snow, Off-Road və Cupra rejiminə malikdir.

Cupra Ateca nəinki yeni aqressiv dizaynlı bamperlərə, arxa spoylerə, həmçinin Cupra emblemini daşıyan hörməli radiator toruna malik olub. Qara parlaq elementlərə malik olan eksteryeri 19-düymlük təkər diskləri və iki cütlənmiş borusu olan buraxılış sistemi tamamlayır. 

Krossoverin salonu boz tikişləri olan qara alkantara ilə örtülmüşdür. salonda alüminium ilə örtülmüş pedalları və qara parlaq dekor elementlərini görmək olar. Avtomobilin təchizatına açarsız giriş sistemi, smartforların induksiyon doldurulması, dairəvi görüntü sistemi, 8-düymlük ekranı olan multimedia sistemi və rəqəmsal cihazlar paneli daxildir.

Avtomobil öndə 340 millimetrlik, arxada isə 310 millimetrlik əyləc mexanizmləri ilə təchiz edilir. Opsional olaraq krossover üçün xüsusi Performance Pack idman dəsti də təklif ediləcəkdir. Bu dəstin tərkibinə Brembo şirkətinin 18-düymlük əyləcləri, dəri salon, xüsusi aerodinamik elementlər daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt