Skoda şirkəti Cenevrə avtosalonunda debütü gözlənilən yığcam Kamiq krossoverinin inteyerinin ilk şəklini dərc edib. Krossoverin interyer dizaynı, bir sıra detallar istisna olmaqla, Skoda Scala hetçbeki ilə bənzərlik daşıyır.

Skoda Scala modelinin interyer dizaynının konsepsiyası ilk dəfə olaraq Vision RS konseptində nümayiş etdirilib. Bu konsepsiyanın ilk seriya variantı Scala hetçbekində debüt edib. Skoda Kamiq modelinin interyeri isə hetçbekdəkindən sükan çarxı, ön panelin dekoru və oturacaqların Suedia mikrolifindən hazırlanmış örtüyü ilə fərqlənir.

Image alt Image alt Image alt

Skoda Kamiq kristallik strukturu olan qapı panelləri, virtual cihazlar paneli, 10,25-düymlük mərkəzi displey, salonun fon işıqlandırması, alın şüşəsinin, arxa oturacaqların və sükan çarxının  qızdırılması ilə təchiz ediləcəkdir. Scala modelində istifadə edilən dizayner yenilikləri Kamiq modelinin eksteryerində də əksini tapacaqdır. Məsələn, arxa fənərlərin bənzər formasını və baqaj qapağının üzərindəki yazını göstərmək olar. Krossoverin maraqlı cəhətlərindən biri ikimərtəbəli ön işıq texnikasıdır.