"Bərkgedən" Skoda Kodiaq RS krossoveri 2018-ci ilin payızında debüt edib. Avropada çox populyar olan krossover 240 at qüvvəli dizel mühərriki ilə təchiz edilir. Çexiyada satılab Kodiaq modellərinin 17 faizi RS modifikasiyasının payına düşür. Lakin, bu yaxınlarda Kodiaq RS modeli çex markasının model xəttindən çıxarılacaqdır.

Səbəb isə, krossoverin təchiz edildiyi mürəkkəb və bahalı 2,0-litrlik BiTDI mühərrikidir. 240 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən biturbodizel qüvvədə olan elkoloji normalara cavab versə də, Şkoda şirkətinin və ümumilikdə Volkswagen konserninin tullantılar üzrə "ortalama" göstəricisini korlayır. Məlumdur ki, bu mühərrik Kodiaq krossoveri ilə yanaşı, Passat, Arteon və Tiguan modellərində də quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Skoda şirkəti istefaya göndərilən Kodiaq RS krossoverinin "vida" versiyasını hazırlayıb. Kodiaq RS Challenge adlandırılmış versiya standart modeldən yalnız genişləndirilmiş təchizat səviyyəsi ilə fərqlənir. Challenge modifikasiyasının təchizatına üçzonalı klimat-kontrol, ön oturacaqların elektriklə tənzimlənməsi, dairəvi müşahidə kameraları, beşinci qapının servoötürücüsü və bir sıra sistemlər daxil edilib.

Skoda Kodiaq RS Challenge modeli 300 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Avtomobilin 50900 avrodan başlayan qiymətlər ilə satılacaqdır.