Bu günlərdə İnternet şəbəkəsində yeni Skoda Octavia RS modelinin güc qurğusu haqqında məlumat yayımlanıb. Şirkətin vəd etdiyi kimi, siyahıda hibrid mühərrikləri olacaqdır. Lakin, ənənəvi daxili yanma mühərriklərinin pərəstişkarları üçün benzin və dizel modifikasiyaları da təklif ediləcəkdir.

Daxili marketinq sənədinin şəkli Twitter kanalındakı Skoda News hesabında yerləşdirilib. Bu sənədə əsasən, Octavia RS modeli tərkibinə 150 at qüvvəli 1.4 TSI mühərriki və 100 at qüvvəli elektrik mühərriki olan qoşulan hibrid qurğusu ilə təchiz  ediləcəkdir. Qurğunun ümumi hasilatı 245 at qüvvəsi olacaqdır.

Sənədə əsasən, bu versiya iyun ayının əvvəlində bazarda debüt edəcəkdir. Eyni zamanda oxşar, lakin bir qədər sonra 204 at qüvvəli hibrid güc qurğusuna malik olan adi Octavia modeli satışa çıxacaqdır.

Bundan əlavə, klassik DYM ilə təchiz edilmiş ənənəvi Octavia RS modelləri də təklif ediləcəkdir. Sənəddə həm benzin, həm də dizel mühərriki ilə təchiz edilmiş versiyaların olduğunu görmək mümkündür. Benzin mühərrikli Octavia RS modeli 6-pilləli "mexaniki" və 7-diapazonlu DSG "robotu" ilə təchiz ediləcək. Hər iki versiyanın gücü eynidir - 245 at qüvvəsi.

Dizel versiyası da 2,0-litrlik mühərrikə sahib olacaqdır, ancaq mühərrikin hasilatı 200 at qüvvəsi təşkil edəcəkdir. Bu modifikasiya alternativsiz olaraq  7-pilləli DSG "robotu" ilə təklif ediləcəkdir. Ənənəvi daxili yanma mühərriklərinə malik olan avtomobillər bazara bir qədər sonra, 2020-ci il avqustun sonunda çıxacaqdırlar.

Skoda Octavia RS modelinin rəsmi debütü 3 mart Cenevrə avtosalonunda keçiriləcəkdir. Burada modelin hibrid versiya təqdim ediləcəkdir, çünki satışa ilkin olaraq bu versiya çıxacaqdır. RS ilə birlikdə adi Octavia modelinin həm hibrid, həm də 110 at qüvvəli 1,0-litrlik turbomühərriklər ilə təchiz edilmiş baza versiyaları satışa çıxarılacaqdırlar.

Avqustun sonlarında, "bərkgedən" versiyalarla yanaşı, bazara 200 at qüvvəli 2,0-litrlik benzin mühərrikilə təchiz edilmiş tam ötürməli  modifikasiya, həmçinin benzin və metanla işləyən 1,5-litrlik mühərriki olan 131 at qüvvəli modifikasiya çıxacaqdır.