Bu ilin mart ayında Skoda şirkəti yeni konsept avtomobilinin təqdim ediləcəyi barədə bəyanət vermişdi. Çex markasının Mladá Boleslavdakı akademiyasının tələbələri tərəfindən hazırlanan və istehsal ediləcək yeni konsept Skoda Scala seriya hetçbekinin əsasında yaradılmış ikiyerli spayder olacaqdır.

Ilkin olaraq konseptin təqdimatı iyun ayına təyin edilmişdi, ancaq pandemiya səbəbiylə çex istehsalçısı təqdimatı təxirə salınmalı olub. Hələlik isə, konseptin yaradıcıları onun adınıaçıqlayıblar.

Yeni spayder Skoda Slavia adlandırılacaq və bu təsadüf deyil. Bu yolla Skoda şirkəti özünün 125 illik yubileyini xatırlatmaq qərarına gəlib, çünki şirkətin yaradıcıları olan Vatslav Laurin və Vastlav Klement öz bizneslərini velosiped satışları ilə başlayıblar və bununüçün Slavia markasını təsis ediblər.

Konseptin yaradılması üzərində çalışan 20 tələbədən ibarət olan qrupa markanın dizayn mərkəzinin əməkdaşları, o cümlədən Skoda şirkətinin baş stilisti Oliver Stefani, həmçinin mühəndislik və məhsul şöbələrində çalışanlar yardım ediblər. Konsept avtomobilinin təqdimatı üç həftədən sonra baş tutmalıdır.