Skoda Fabia RS Rally2 hetçbeki “mülki” modelə bənzəsə də, texniki cəhətdən iki avtomobil arasındakı ümumi cəhətlər demək olar ki, çox azdır. Ralli avtomobili Skoda Fabia seriya modelinin şassisinə əsaslanır. Lakin Fabia RS Rally2 modelində daha sərt McPherson dayaqları, azaldılmış daxili sürtünməsi olan uzadılmış amortizatorlar quraşdırılıb və asqı sisteminin bütün kinematikası dəyişdirilib.

Təhlükəsizlik qəfəsi 35,8 metrlik xrom-molibden borudan hazırlanıb, qapı panelləri isə, beş qat karbon lifindən və bir qat kevlardan ibarət olan kompozit “sendviçdən” hazırlanır, onların arasında isə, enerjiuducu köpükləndirilmiş material yerləşdirilib.

Zahirən, ralli avtomobili seriya Fabia hetçbekindən genişləndirilmiş ön və arxa qanadları,  o cümlədən damda olan əlavə hava girişləri, eləcə də yaan kənarlarında lövhələr və Görni çəpərçikləri olan uzadılmış spoyleri fərqlənir.

Yeni aerodinamik kuzov dəsti sələfi ilə müqayisədə ikiqat yerəbasma qüvvəsini təmin edir, idarəetməni yaxşılaşdırır və sürətli döngələrdə sabitliyi artırır. Hyper Green bədən rəngi Octavia vRS və Enyaq Coupe iV vRS modellərinə istinaddır.

Skoda Fabia RS Rally2 asfalt və çınqıl yollardakı yarışlar üçün iki əyləc dəstini alıb. Onlar əyləc disklərinin ölçüləri ilə (355/300 və 300/300 millimetr) fərqlənir və yalnız müəyyən diaqonallı təkər diskləri ilə uyğunlaşdırırlar. Birinci halda, onlar 18, ikinci halda isə, 15-düymlük ölçüyə malik olurlar.

Hetçbekin yanacaq çəni 82,5 litr tutur və karbon-kevlardan hazırlanmış qabıq ilə örtülür. Yeri gəlmişkən, FIA WRC çempionatının 2022-ci il mövsümündə bütün iştirakçılar üzvi tullantılar və sintetik yanacağın qarışığından əldə edilən ekoloji cəhətdən təmiz benzindən yararlanacaqlar.

Skoda Motorsport bölməsi Fabia RS Rally2 ralli avtomobili üçün xüsusi olaraq EA888 ailəsinin 2.0 TFSI mühərrikinə əsaslanan yeni 1,6-litrlik turbomühərriki hazırlayıb. Onun hasilatı 289 at qüvvəsi və 430 Nm fırlanma anı təşkil edir.

Ralli avtomobili hidravlik aktuatorları, hərəkətə başlamaq üçün mexaniki muftası və qısaldılmış ötürmə nisbətləri olan beş pilləli sekvental ötürmələr qutusu ilə təchiz edilir. Hər iki oxda kilidləri olan oxlararası diferensiallar, üstəlik, əl əyləci vasitəsi ilə aktivləşdirilən ayırıcı mufta var. Fabia RS Rally2 modelinin dinamik xüsusiyyətlərindən yalnız maksimum sürəti məlumdur - 200 km/saat.

Image alt Image alt Image alt Image alt Image alt

Hetçbekin salonunda böyük məlumat displeyi və sensorlu ekranı olan yeni idarəetmə paneli quraşdırılıb. Bəzi funksiyalar sükan çarxındakı düymələr vasitəsilə idarə olunur: məsələn, burada mühərriki işə salma düyməsi var. Bundan başqa, avtomobildə interkom, altınöqtəli təhlükəsizlik kəmərləri olan oturacaqlar və avtomatik yanğınsöndürmə sistemi quraşdırılıb.

Fabia Skoda RS Rally2 ralli avtomobilinin prototipi son bir ildə Çexiya, Fransa, İtaliya, Xorvatiya, Almaniya, Belçika və İspaniyada, eləcə də Finlandiyanın şimalında sınaqlardan keçirilib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.