Skoda şirkəti keçən il nümayiş etdirdiyi Vision IN konseptinin seriya versiyası olan yığcam krossover barədə məlumatı açıqlayıb. Yeni krossover Skoda Kushaq adlanacaq və bu ilin martında debüt ediləcəkdir.

Çex istehsalçısı krossoverlərin adındakı bənzərliyi qorumaq niyyətində olduğunu bildirib. Məlum olduğu kimi, bütün adlar "K" hərfi ilə başlamalı və "Q" hərfi ilə bitməlidir. Kushaq sözü isə Hindistan tarixindən götürülüb və sanskritdən tərcümədə "imperator" və ya "kral" deməkdir. Bu, bir daha yeni modelin yalnız Hindistan bazarında satılacağından xəbər verir.

Krossoverin adı ilə yanaşı, onun haqqında bəzi detallar da açıqlanıb. Zahiri cəhətdən avtomobil çex markasının 2020-ci ilin fevralında nümayiş etdirilmiş Vision IN konseptinin üslubunda dizayna malik olacaqdır. Skoda Kushaq modelinin əsasını xüsusi olaraq Hindistan bazarı üçün hazırlanmış MQB-A0 arxitekturası təşkil edəcəkdir. Şirkət yeni avtomobillə bağlı digər məlumatları açıqlamayıb.

Skoda Vision IN konseptual krossoveri keçən ilin fevralında Yeni Dehlidə keçirilən avtosalonda təqdim edilib. Prototip, iki muftalı robotlaşdırılmış transmissiya ilə tandemdə çalışan 150 at qüvvəli 1,5-litrlik turbomühərriklə təchiz olunmuşdu. Ötürmə yalnız ön oxa idi. Böyük ehtimalla, seriya avtomobili də bənzər texniki hissəyə sahib olacaqdır.