Skoda şirkəti 11 noyabr tarixində Praqada yeni Octavia modelini nümayiş etdirəcəkdir. Bu gün çex istehsalçısı yeni modelin dizayner eskizlərini dərc edib.

Şəkillərdən göründüyü kimi, yeni model cütlənmiş ön fənərlərdən məhrum olub. Üçüncü nəslin restayıinq versiyasında tətbiq edilmiş bu fənərlər marka həvəskarlarının narazılığına səbəb olmuşdu. Yeni Octavia modelinin ön hissəsinin dizaynının daha çox böyük Superb modelini xatırlatdığını söyləmək olar. Dam xətti isə yeni Octavia modelinin kupeşəkilli formaya malik olacağına işarə edir.

Bununla belə, modelin mühərrik çeşidində dəyişikliklərin olacağı gözlənilmir. Octavia əvvəlki kimi 1,0-1,5 litrlik benzin turbomühərrikləri, 1,6 və 2,0 litrlik dizellərlə təchiz ediləcəkdir. Çox güman ki, Skoda Octavia hybrid güc aqreqatına da sahib olacaqdır. Belə aqreqat artıq Superb modelinin mühərrik çeşidinə daxil edilib.