Skoda şirkəti yenilənmiş Kodiaq modelini təqdim edib. Krossoverin ekteryeri yenilənmiş, opsiyalar siyahısına yeniləri əlavə edilmiş, avtomobil daha rahat olmuş və benzin turbomühərriki ilə təchiz edilən RS versiyası yenidən model xəttinə qaytarılmışdır.

Kodiaq krossoveri 2020-ci ilin nəticələrinə görə üçüncü ən populyar Skoda modeli olub. Ümumilikdə, seriya istehsalına başlandıqdan bəri Çexiya, Çin, Rusiya və Hindistandakı zavodlarda 600 mindən çox krossover buraxılıb. 

Skoda Kodiaq Style

Restaylinq alıcıların avtomobilə olan marağını canlandırmaq məqsədini daşıyır, lakin modelin yenilənməsinə ehtiyatla yanaşılıb. Əsas yenilik yüngül şəkildə dəyişdirilmiş xarici görünüşdür.

Krossover yeni kapota, radiator barmaqlığına, işıq texnikasına və L-şəklli əlavələri olan yeni bamperə sahib olub. LED ön fənərlər standart təchizata daxildir, əlavə ödəniş ilə, ilk dəfə olaraq, LED Matrix martisa fənərlərini sifariş etmək olar.

Skoda Kodiaq Style

Kodiaq modelinin arxa hissəsində yeni spoyler və diffuzoru təqlid edən örtməsi olan bamper quraşdırılır. Arxa LED fənərlərin tərtibatı yenilənsə də, onlar C-şəklli forması qorunub saxlanıb. Bütün bunlar krossoverin görünüşünü təzələmək, onu daha ifadəli, bənzərsiz və dinamik hala gətirmək məqsədini daşıyır.

Bu arada salonda da kifayət qədər yenilik var. Bu yeniliklər adi versiyalar üçün iki, Sportline və RS versiyaları üçün üç qolu olan sükan çarxından, oturacaqların yeni təzadlı tikişlərindən və genişləndirilmiş funksionala malik olan ətraf işıqlandırmasından ibarətdir.

Skoda Kodiaq Laurin&Klement

Bundan əlavə, yeddi yerlik Kodiaq modeli üçün erqonomik ön oturacaqları sifariş etmək olar. Onlar yaddaş effekti olan köpük ilə doldurulur, qızdırılma, havalandırma, masaj funksiyası və elektrik tənzimlənməsi ilə təchiz edilirlər. Ambition və Style variantları üçün, oturacaqların təkrar emal materallardan hazırlanmış parça ilə üzlənməsi təklif olunur.

Krossoverin təchizatına  9,2-düymlük ekranı olan  multimedia sistemi, opsional 10,25-düymlük virtual cihazlar paneli və təkmilləşdirilmiş yardımçı sistemlər daxil edilib. Sonunculara misal kimi, 210 km/saat həddinə qədər sürətlərdə işləyən adaptiv kruiz-kontrolu göstərmək olar.

Skoda Kodiaq Sportline

Yenilənmiş Kodiaq modeli beş təchizat səviyyəsində təklif ediləcəkdir: Ambition, Style, Laurin & Klement, Sportline və RS. Təklif olunan mühərriklərin sayı da eyni olacaqdır. Baza mühərriki, silindrlərin yarısını söndürə bilən 150 at qüvvəli 1.5-litrlik EA211 evo benzin turbomühərriki olacaqdır. Bu aqreqat altı pilləli mexaniki ötürmələr qutusu və ön ötürmə ilə tandemdə çalışacaqdır.

Bundan başqa, modelin mühərrik çeşidinə 190 at qüvvəli 2.0-litrlik benzin turbomühərriki, habelə 150 və 200 at qüvvəli güc variantlarında təklif edilən 2.0-litrlik turbodizel daxildir. 150 at qüvvəli mühərrik DSG “robotu”, ön və ya tam ötürmə ilə, qalan aqreqatlar isə DSG “robotu” və tam ötürmə sistemi ilə təklif edilirlər.

Skoda Kodiaq RS

“Qaynar” Kodiaq RS modeli isə ilk dəfə olaraq 245 at qüvvəli 2.0-litrlik benzin turbomühərriki ilə təklif olunur. Yeni mühərrik əvvəlki biturbodizeldən bir qədər güclü, həm də 60 kiloqram yüngüldür.

Əlavə 5.2 kiloqrama DSG transmissiyasının optimallaşdırılması sayəsində qənaət edilib. Yeni mühərrik ilə yanaşı, Kodiaq RS modeli 20-düymlük Sagitarius təkər disklərini, ön matrisa fənərlərini və mikrofiber ilə örtülmüş idman oturacaqlarını əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş krossoverlər bu ilin iyul ayında Avropadakı dilerlərə daxil olmağa başlayacaqdırlar. Yenilənmiş Kodiaq krossoverinin Azərbaycandakı satışlarına payız aylarında start veriləcəkdir.