Rolls-Royce modellərinin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış alman Spofec tüninq atelyesi Cullinan modeli üçün hazırladığı tüninq proqramını təqdim edib. Alman tüner krossoveri ona aqressiv görkəm bəxş edən kuzov dəsti və gücləndirilmiş mühərrik ilə təmin edib.

Layihə, alınmış nəticəni çox dəqiq təsvir edən Overdose adını alıb. Spofec mütəxəssisləri Rolls-Royce Cullinan üçün tərkibinə bamperlər, yan ətəklər, təkər tağlarının genişləndiriciləri, arxa diffuzor və spoyler daxil olan yeni kuzov dəsti hazırlayıblar.Bundan başqa, atelye mühəndisləri  6,75-litrlik V12 mühərrikinin gücünü 685 at qüvvəsinə, fırlanma anını isə  1010 Nm-ə qədər artırıblar. Xatırladaq ki, Cullinan modelinin standart mühərriki 571 at qüvvəsi və 850 Nm, Black Badge versiyasında isə 600 at qüvvəsi və 900 Nm təklif edir.

Image alt Image alt Image alt Image alt

Bunun üçün, Spofec mütəxəssisləri mühərriki yeni idarəetmə bloku quraşdırmalı, üfürmənin təzyiqini artırmalı və alışdırma xəritələrini yenidən yazmalı olublar. Bundan başqa, krossoverin standart səsboğucu sistemi paslanmayan poladdan hazırlanmış idman versiyası ilə əvəzlənibdir. Cullinan Overdose modeli 100 km/saat həddinə Cullinan Black Badge modeli kimi 4,9 saniyəyə sürətlənir . Maksimal sürət dəyişməyib və 250 km/saat həddində məhdudlaşır.