Subaru şirkətinin Cənubi Afrikadakı ofisi WRX STi modelinin Diamond Edition məhdud saylı variantını təqdim edib. Məhdud seriya modelin 30 illik yubileyinə həsr olunub. Mühərrikin proqram təminatının yenidən yazılması və yeni səsboğucu sistemin quraşdırılması sayəsində bu model bölgədə satılan ən güclü STi avtomobili olub.

Subaru WRX STi Diamond Edition andlandırılan modelin 2,5-litrlik turbo oppozit mühərriki 354 at qüvvəsi və 454 Nm fırlanma anı hasil edir. Bu baza modelində olduğundan 54 at qüvvəsi və 57 Nm çoxdur. Bununla belə, «afrikalı» STi yapon 380 at qüvvəli WRX STi TC380, həmçinin 400 at qüvvəsi və 515 Nm fırlanma anına malik olan Impreza STI CS400  modelindən zəifdir.

İstehsalçının məlumatına görə, «qaynar» sedan 100 km/saat həddinə 5,0 saniyəyə ( minus 0,7 saniyə) sürətlənir. 0-160 km/saat həddinin qət edilməsinə isə 13,7 saniyə gərəkdir. Modelin təchizatına yeni dayaq, öndə altıporşenli, arxada ikiporşenli supportları olan Brembo əyləc mexanizmləri, təkər izini 20 millimetr artıran təkər əlavələri və 19-düymlük təkər diskləri daxildir. Avtomobilin salonunda Harman Kardon səs sistemi, həmçinin Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemini görmək olar.

Subaru WRX STi Diamond Edition modelinin satışları gələn ilin yanvarında başlanacaqdır. Avtomobilin tirajı 30 ədədi keçməyəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt