2021-ci model ilinin Subaru Forester krossoveri Sport modifikasiyasına sahib olub. Yaponiyada satılan Forester Sport modeli yeni 1.8 DIT turbomühərriki ilə təchiz edilir. Daxili bazarda belə "Meşəbəyi" 3.289.000 yenə satılır.

Forester Sport modeli ikinci nəsil Levorg universalında quraşdırılan eyni mühərriklə hərəkətə gəlir. Birbaşa yanacaq püskürdülməsinə malik olan 1,8-litrlik oppozit turbomühərrikinin hasilatı 177 at qüvvəsi və 300 Nm fırlanma anı təşkil edir. Mühərrik Lineartronic variatoru ilə birlikdə çalışır.

Subaru şirkətindən belə Forester moldelinin 2,5-litrlik atmosfer mühərriki ilə təchiz edilən krossoverdən daha məhsuldar olduğunu bildiriblər. Bundan əlavə, yeni mühərrik daha qənaətcildir. Yeni turbomühərrik ilə yanaşı, Forester Sport modelinin asqısı yenidən işlənibdir: mühəndislər “idman hissiyatını” artıqmaq üçün yeni dempferləri və yayları tətbiq ediblər.

Belə Forester modeli qara dam və radiator barmaqlığı, qara metallic rənginə boyanmış 18-düymlük təkər diskləri və səsboğucu sistemin əlavə çıxış borusu ilə seçilir. Salonda zamşa ilə örtülmüş oturacaqlar, xüsusi "idman" təribatı və alüminium pedallar quraşdırılıb. Yaponiya bazarında Subaru Forester Sport modelinin qiyməti 3.289.000 yendir. Müqayisə üçün, Yaponiyada baza krossoveri 2.915.000 yenə təklif olunur.