Subaru şirkəti Impreza modelinin bazasında inşa edilmiş ikinci nəsil Levrog universalını təqdim edib. Subaru Levorg modeli SGP (Subaru Global Platform) modul platformasında inşa edilib, onun ölçüsü böyüyüb və birbaşa yanacaq çilənməsi texnologiyasına malik olan yeni 1,8-litrlik CB18 turbomühərrikini alıb.

Yeni Levorg modelinin uzunluğu 4.555 millimetr, eni - 1.795 millimetr, hündürlüyü isə 1500 millimetrdir. Beləliklə, sələfi ilə müqayisədə yeni universal 65 millimetr uzun, 15 millimetr enli və hündürdür. Təkər bazasının genişliyi 20 millimetr artaraq 2670 millimetrə çatıb. Avtomobilin klirensi 145 millimetrdir.

Avtomobilin dizaynı sözün əsl mənasında “cəsarətli” kimi tərcümə olunan Bolder adlanan yeni korporativ üslubundadır. Bu dizayn konsepsiyasının xarakterik elementləri çıxıntılı relyef və qısa kuzov çıxışlarıdır. Keçən il nümayiş etdirilmiş Viziv Adrenaline şou avtomobilinin X-şəkilli elementi olan dam Levorg modelinə qismət olmayıb.

Əsas yenilik birbaşa yanacaq çilənməsi olan 1,8-litrlik oppozit turbomühərrikidir.  Mühərrik 177 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edir və Lineartronic variatoru ilə tandemdə çalışır. Ötürmə - arxa oxu qoşma muftası olan tam ötürmə sistemidir.

"Bərkgedən" Subaru Levorg STI Sport modeli haqqında da məlumat verilib. Bu modifikasiya yapon markasının  elektronika tərəfindən idarəolunan amortizatorları və beş rejimi olan Drive Mode hərəkət rejimləri sistemi ilə təchiz olunan ilk avtomobilidir. Seçilən rejimdən asılı olaraq mühərrikin, asqının, elektrik sükan gücləndiricisinin və tam ötürmənin tənzimləmələri dəyişdirilir.

Yeni Levorg üçün, şaquli vəziyyətdə yerləşdirilmiş 11,6-düymlük planşeti olan Starlink multimedia sistemi bəyan edilmişdir. Bundan əlavə, model standart təchizata daxil olan 12,3-düymlük rəqəmsal cihazlar panelini əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avadanlıqlar siyahısına bütün oturacaqların qızdırılması, əllərdən istifadə edilmədən açıla bilən baqaj qapağı (bədənin hər hansı bir hissəsini arxa tərəfdəki Subaru loqotipinə toxundurmaq kifayətdir) və EyeSight sistemi daxildir. Adaptiv kruiz-kontrol opsiyadır.