Subaru Tecnica International (STI) idman bölməsi, WRX sedanının S4 STI Sport# adlı xüsusi seriyasını təqdim edib. 500 nüsxəlik məhdud saylı tirajla buraxılacaq sedan, əsasən STI kataloqundan götürülmüş aksesuarlar ilə təchiz ediləcəkdir.

Subaru WRX S4 STI Sport# (# - sharp kimi səslənir) xüsusi versiyası WRX S4 STI Sport EyeSight modifikasiyasının əsasında yaradılıb. İki modeli vizual olaraq ayırd etmək olduqca asandır: “şarp” parlaq qara ön splitterə, tündləşdirilmiş radiator barmaqlığına və hava kanalları olan yeni arxa bamperi ilə seçilir. Xüsusi seriyadan olan sedanın salonunda süni zamşa və dəri ilə üzlənmiş Recaro oturacaqları, parlaq qara lakla örtülmüş dekorativ panellər quraşdırılmış, həmçinin gümüşü rəngli sapla tikişlər edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt

Lakin, Subaru WRX S4 STI Sport# modelinin əsas xüsusiyyətləri STI bölməsi tərəfindən hazırlanmış ön dayaqları birləşdirən millər, alt hissədə və salonda (öndə və arxada) quraşdırılmış əlavə gücləndiricilər, aşağı təzyiqə sahib olan səsboğucu sistemi və çıxış borularının digər ucluqları, aşağı müqavimətli filtrdir. Eyni zamanda, sedanda Lineartronic variatorunun gücləndirilmiş yağ radiatoru və soyutma sisteminin təkmilləşdirilmiş ventilyatoru quraşdırılmışdır.

Sedanın kapotunun altında 300 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2.0-litrlik FA20 “turbo-oppozit” mühərriki yerləşir. Sürətlənməzə zamanı mühərrik 10 faiz daha çox dartma qüvvəsi verir, lakin bunun sürətlənmə dinamikasına necə təsir etdiyi bildirilmir. Subaru WRX S4 STI Sport# modeli yalnız Yaponiya bazarında satılacaqdır. Məhdud seriyadan olan sedanın qiyməti 4.741.000 yen (74.870 manat) təşkil edir.