Hindistanın Maruti Suzuki şirkəti Nyu-Dehlidə keçirilən AutoExpo sərgisində Future S adlı konseptual krossoveri nümayiş etdirirb.

Konsept «krossoverin imkanlarını yığcam kuzova ağıllı inteqrasiyası» ideyasını daşıyır. Eyni zamanda, o gələcək modellərin dizaynın inkişaf istiqamətini nümayiş etdirir.

Konseptin xüsusi cəhətlərindən biri onun taybatay açılan qapıları, panoram alın şüşəsi, nazik ön dayaqları, «süzən» dam və sedanda olduğu kimi açılan baqaj qapağıdır. Krossoverin salonunda dörd oturacaq quraşdırılıb. Ön panelin arxitekturası Mini avtomobillərini xatırladır. Suzuki Future S modelinin əsas funksiyalarının idarə edilməsi mərkəzi paneldəki sensorlu displey vasitəsi ilə həyata keçirilir. 

İstehsalçı konsept avtomobili haqqında heç bir texniki məlumatla bölüşməyib. Əldə edilən məlumatlara görə, konsept Heartect platformasında inşa edilib. Bu platformadan son nəsil Suzuki Swift modelinin istehsalında istifadə edilir. 2019-cu ildə işıq üzü görəcək seriya krossoveri böyük ehtimalla, 1,2, 1,3 və 1,5 litrlik mühərriklər ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt