Tesla Cybertruck pikapının seriya istehsalı əvvəlki kimi gecikir. Əgər İlon Maskın şirkətinin işləri rəvan gedərsə, iki il bundan öncə ictimayyətə təqdim edilmiş futuristik pikapın plan üzrə istehsalına 2022-ci ildə başlanılmalıdır. Onun müştərilərə çatdırılmasına isə, 2023-cü ildə başlanacaqdır. Lakin belə gecikmə dünyanın ən varlı adamına zarafat etməyə və birbaşa rəqibi olmayan şirkətlərlə məzələnməyə mane olmur.

Maskın son ixtirası paslanmayan poladdan hazırlanmış və məşhur pikapın formasını xatırladan, qiyməti 50 dollar olan fışqırıqdır. Mask Cyberwhistle fışqırığını rəsmi Twitter şəbəkəsində təqdim etdikdən sonra, onun bütün nüsxələri bir neçə saat ərzində satılıb. Bununla yanaşı, Tesla şirkətinin yaradıcısı 19 dollara qadcetlərin ekrana qulluq üçün salfetləri satan Apple şirkətindən olan həmkarları ilə məzələnməkdən çəkinməyib.

Image alt Image alt Image alt Image alt

Cyberwhistle fışqırığının Tesla şirkətinin rəsmi saytından çıxarılmadığına baxmayaraq, “kiberfışqırıq” orada “hazırda yoxdur” statusunda əks olunur: “kiberfışqırıqların” ilk partiyasının elə sonuncu partiya olacağı barədə şübhələr mövcuddur. Cyberwhistle fışqırığını sifariş etmiş uzaqgörən şəxslər artıq əldə edəcəkləri gəlir barədə düşünürlər, çünki marketpleyslərdə “kiberfışqırığın” qiyməti 300 - 1000 dollar arasında dəyişir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.