Növbəti proqram təminatının yenilənməsindən sonra, Tesla elektromobilləri şinlərin protektorlarının aşınmasını müəyyən etmək funksiyasına sahib olublar. Şinlərdəki hava təzyiqinə nəzarət edən sistemdən fərqli olaraq, yeni funksiyanın çalışması üçün müəyyən vericilərə və digər əlavə komponentlərə ehtiyac yoxdur: aşınma şinlərin fırlanma sürətini ölçmək yolu ilə müəyyən edilir.

Ən maraqlısı odur ki, Tesla şinlərin vəziyyətinin monitorinqi texnologiyası barədə məlumat verməyib – bu funksiyanı proqram təminatını yeniləmiş elektrokar sahibləri aşkar ediblər. Drive Tesla Canada nəşrinin bildirdiyinə görə, proqram təminatının növbəti “simsiz” yenilənməsi, Tesla elektrokarlarını şinlərin aşınmasını müəyyən edən faydalı funksiya ilə təmin edib.

Protektorun aşınması ilə şinin diametri bir qədər azalır – məlum məsələdir ki, adi baxışla bunu müəyyən etmək mümkün deyil. Lakin yüksək dəqiqlikli elektronika təkərin fırlanma sürətinə əsasən onların aşınma dərəcəsini müəyyən edir – aşınmış şinlərin təkcə diametri azalmır, onlar həm də yüngülləşirlər ki, bunun hesabına da bir təkər digər üçündən daha sürətlə fırlanmağa başlayır. Təkərin dövrələrinin sayı müəyyən edilmiş həddən çox olduqda, elektronika multimedia sisteminin ekranında xəbərdarlığı əks etdirir.

Aşınmır prokektoru şindəki təzyiqin azalması ilə səhv salmamaq üçün, sistem təzyiq vericilərinə də sorğu göndərir. Əgər onların göstəriciləri bərabər olarsa, təkərlərin fırlanma sürətindəki fərqin məhz aşınma ilə bağlı olduğu ortaya çıxır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.