İspaniyanın km77.com nəşrinin jurnalistləri Tesla Model Y elektrik krossoverini sınaqdan keçiriblər. Manevr qabiliyyəti sınaqları zamanı elektromobil mütəxəssisləri təəccübləndirməyi bacarıb və “sığır testini” 83 km/saat sürətilə keçərək, ən müasir krrossoverləri üstələməyə müvəffəq olub.

Xatırladaq ki, bu sınağın əsas mahiyyəti qəflətən qarşıya çıxan maneədən qaçmaq üçün edilən ani yerdəyişmə zamanı avtomobilin dayanıqlılığının yoxlanılmasıdır. Buna başqa adla “Sığır testi” də deyirlər. Uğursuzluq dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Uğurlu nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 77 km/saat sürəti ilə keçməsi gərəkdir.

Model Y sınaqlara 73 km/saat sürəti ilə başlayıb və heç bir problem yaşamadan tapşırığı yerinə yetirib. Jurnalistlər tədricən sürəti artırıblar və Model Y “sığır testni” 83 km/saat sürəti ilə yerinə yetiib. Üstəlik, “sığır testini” iki sürücü də uğurla başa vura biliblər.

İspan mütəxəssislər elektrik krossoverinin əla idarəetmə qabilyyətinin olduğunu, həmçinin stabilizasiya və asqı sisteminin mükəmməl işləməsini qeyd ediblər. Onların fikrincə, elektromobilin düzgün tənzimləmələri ən çətin vəziyyətlərin öhdəsindən gəlməyi asanlaşdıracaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.