Amerikanın “Time” jurnalı ənənəvi “İlin adamı” nominasiyanın qalibinin adını açıqlayıb. Bu, dünyanın ən varlı adamı adını Amazon şirkətinin sahibi Ceff Bezosun əlindən almış İlon Maskdır. Bununla belə, bu iş adamının “Time” dərgisi tərəfindən qiymətləndirilmiş yeganə xidməti deyil: sürətlə artan sərvətindən başqa, Maskı ətraf mühitin qorunması sahəsindəki çalışmalarına, kosmik sənayenin inkişafına və hətta tvitlərinə görə təqdir ediblər.

Avtomobil sənayesi ilə bağlı olan bir iş adamı 1928-ci ildən bəri ilk dəfədir ki bu ada layiq görülür. Əvvəllər “Time” jurnalının qapağında Chrysler korporasiyanın qurucusu Uolter Persi Kraysler yer almışdı. Həmin il Chrysler şirkəti Dodge şirkəti ilə birləşmiş və Nyu-Yorkdakı məşhur Chrysler Building göydələninin inşasına başlamışdı.

“Time” jurnalı Maskı “planetimizi xilas etməyə və eyni zamanda bizə yaşamaq üçün yenisini tapmağa çalışan” şəxs adlandırıb ki, bu da onun Boeing və sənayedəki digər rəqiblərini üstələyən Space-X aerokosmik şirkətinin fəaliyyətinə işarədir. Jurnalın iş adamını təsvir etmək üçün istifadə etdiyi bir çox epitetlər arasında "kloun, dahi, pozaçı, uzaqgörən, sənayeçi və şoumen" kimi kəlmələr də var. Bundan əlavə, jurnal onun süni intellektin və kriptovalyutaların inkişafı sahəsindəki fəaliyyətini, həmçinin Twitter şəbəkəsindəki aktivliyini də qeyd edib.

Bununla belə, “Time” dərgisi Maskın mənfi cəhətlərini də xatırlatmaqdan çəkinməyib. Onların arasında Maskın fabriklərindəki pis iş şəraiti və Tesla avtomobilləri ilə baş verən qəzaların tezliyi də var. Bu qəzəların əsas səbəbkarı olaraq firma avtopilotu göstərilir. İş adamının pandemiyanın başlanğıcında koronavirusa olan skeptik münasibəti və hakimiyyət ilə münaqişəyə səbəb olan fabrikləri bağlamamaq qərarı da diqqətdən kənar qalmayıb.

İlon Mask oktyabrın sonunda dünyanın (və tarixin) ən varlı adamı olub. Tesla və SpaceX şirkətlərinin yaradıcısının sərvəti rekord həddə - 271,3 milyard dollara çatıb, Maskın iki korporasiyasının ümumi kapitallaşması isə bir trilyon dolları ötüb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.