Toyota şirkəti rəsmi olaraq zavod tüninqindən keçmiş Camry və Avalon sedanlarını təqdim edib. Toyota Racing Development (TRD) bölümü tərəfindən hazırlanmış sedanlar yeni aerodinamik kuzov dəstinə, xüsusi tənzimləmələri olan asqıya və salonun xüsusi tərtibatına sahib olublar.

Hər iki sedanın aerodinamik kuzov dəstini Calty zavod dizayn studiyasının mütəxəssisləri hazırlayıb. Dəstin tərkibinə ön splitter, yan ətəklər, arxa spoyler və diffuzor daxil edilib. Toyota Camry TRD və Avalon TRD modellərini qırmızı əyləc supportları, 19-düymlük qara rəngli təkər diskləri və qara parlaq rəngli radiator barmaqlığı sayəsində ayırd etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sedanlar qısaldılmış sərt xarakteristikalı yaylara, yeni stabilizatorlara, xüsusi amortizator dayaqlarına, TRD buraxılış sisteminə, iri diskləri olan əyləc mexaniznlərinə və ikiporşenli supportlara sahib olublar. Onların interyerində qara dəri ilə örtülmüş qırmızı tikişləri və TRD loqotipləri olan sükan çarxını,ötürmələr qutusunun selektorunu, ayaqaltıları və oturacaq başlıqalarını görmək olar. Avtomobillərin oturacaqları SofTex materialı ilə üzlənibdirlər.

Hər iki sedan 305 at qüvvəsi və 361 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki ilə təchiz edilirlər. Güc aqreqatı idman rejimi və sükanaltı dəstəkləri olan səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt