Toyota şirkəti yeni nəsil “qaynar” Yaris hetçbekinin növbəti tizerini dərc edib. Bu dəfə videoçarxda ralli ulduzları Ott Tyanak, Kris Mik, Yari-Matti Lattvala və Tommo Myakinen çəkiliblər. Onlar yeni avtomobili sınaqdan çıxararaq ön təəssüratları ilə bölüşüblər.

Toyota GR Yaris modelin kamuflyajsız şəkillərinin peyda olmasına baxmayaraq, yapon istehsalçısı israrla avtomobili kamuflyaja bürüməyə davam edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bir müddət bundan öncə, Toyota şirkəti Yaris GR-4 konseptinin bir neçə videotizerini dərc edэrək, avtomobilin debüt tarixi barədə məlumat vermişdi. Beləliklə, Toyota Yaris GR-4 hetçbeki gələn ilin 10 yanvar tarixində Tokyo avtosalonunda geniş kütlə qarşısında debüt edəcəkdir. 

Əvvəllər Gazoo Racing modelinin “qaynar” Yaris modelinin üç variantda hazırlayacağını bildirilmişdi. Yeni modelin aktual versiyadan fərqli olaraq daha güclü mühərrik ilə təchiz ediləcəyi də istisna olunmur. Xatırladaq ki, hazırda Toyota Yaris WRC modeli 380 at qüvvəsi və 425 Nm fırlanma anı hasil edən 1,6-litrlik dördsilindrli mühərrik ilə təchiz edilir.