Toyota şirkəti HiLux pikapının Gazoo Racing bölməsi tərəfindən hazırlanmış “bərkgedən” versiyasının Yaponiya bazarına çıxacağını elan edib. “İdman” xəttində olan digər modellər kimi, “bərkgedən” pikap da GR Sport indeksinə və bir sıra təkmilləşdirmələrə sahib olub.

Təkmilləşdirmələrin arasında aqressiv kuzov dəsti, yenidən tənzimlənmiş asqı və idman oturacaqları var. Top komplektasiyanın bazasında yaradılmış Toyota HiLux GR Sport modeli Yaponiyada 4.312.000 yenə satılacaqdır.

Gazoo Racing bölməsinin hazırladığı HiLux pikapı bir müddət bundan öncə təqdim edilmiş Land Cruiser 300 GR Sport modeli ilə eyni ssenariyə əsasən yaradılıb. “Bərkgedən” pikapı torşəkilli naxışı olan qara rəngli radiator barmaqlığı və daha aqressiv dizaynı olan bamperləri sayəsində tanımaq olar.

Təkər tağlarının genişləndiricilərinin quraşdırılması pikapın enini 4,5 santimetr artırıb (pikapın eni 1.900 millimetrdir). Eksteryerdəki dəyişikliklərin sonuncu ştrixi 18-düymlük qara rəngli təkər diskləridir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki dəyişikliklərə gəldikdə isə, yaponlar pikapda yenidən işlənmiş asqının quraşdırıldığıa işarə ediblər. Bu dəyişiklik sayəsində “sükan mexanizminin reaksiyasının və hərəkət rahatlığının yaxşılaşdırıldığı” bildirilir.

Toyota HiLux GR Sport modeli zamşa və süni dəri ilə üzlənmiş, habelə qırmızı tikişləri olan idman oturacaqlarına, idman sükan çarxına, pedalların alüminium örtüklərinə və avtomobilin xüsusi seriyaya aid olduğunu vurğulayan GR Sport emblemlərinə sahib olub.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.