Toyota şirkəti Çikaqoda keçirilən sərgidə RAV-4 krossoverinin yolsuzluq üçün nəzərdə tutulan TRD Off-Road versiyasını nümayiş etdirib. Krossoverin hazırlanmasında bilavasitə Toyota Racing Development bölməsinin mütəxəssisləri çalışıb. Toyota RAV-4 TRD Off-Road versiyası payız aylarından başlayaraq amerikan bazarında satışa çıxarılacaqdır.

Zahiri cəhətdən RAV-4 TRD Off-Road modelini damdakı reliqlər, geniləndirilmiş təkər tağları, daha aqressiv bamperləri və radiator barmaqlığı sayəsində tanımaq olar. Krossover, yarışlar üçün nəzərdə tutulmuş Rally RAV-4 modelinin inşasında istifadə edilən ikiborulu amortizatorlar və yeni yaylar ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xüsusi asqı sistemi ilə yanaşı, «yolsuzluq» krossoveri 18-düymlük təkər disklərinə, Falken Wildpeak A/T Trail şinlərinə, LED duman fənərləri, arxa təkərlərdəki dartma qüvvəsinə dinamik şəkildə nəzarət edən tam çəkiş sistemi, enişdə və yoxuşda yardım funksiyası olan Multi-Terrain Select sistemi ilə təchiz edilir.

Toyota RAV-4 TRD Off-Road modeli 206 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 2,5-litrlik Dynamic Force mühərriki ilə təchiz edilir. Güc aqreqatı səkkiz pilləli Direct Shift qutusu ilə tandemdə çalışır. Mühərrik üç rejimdə (adi, idman və qənaət) çalışmaq imkanına malikdir.