ABŞ-ın Patent Ofisi Toyota konserninin müraciətinə əsasən iki yeni indeks - TX350 və TX500h nişanlarını qeydə alıb. Yapon markası patentləşdirilmiş indekslərin hansı modellər üçün nəzərdə tutulduğunu açıqlamır. Böyük ehtimalla, yeni indekslər Lexus krossoverləri üçün nəzərdə tutulub.

Qeydə alınmış indekslər Lexus modellərinin işarələnməsi üslubundadır. Toyota konserninin premial bölməsinin adlarında X hərfindən yolsuzluq xəttinin işarələnməsi üçün istifadə edilir, "h" qısaltması isə hibrid texnologiyaların mövcudluğuna dəlalət edir.

Beləliklə, patentləşdirilmiş hərfli-rəqəmli indeks, gələcək Lexus krossoverlərinin təkmilləşdirilmiş 3,5-litrlik V6 mühərrikinə əsaslanan hibrid güc qurğusunu alacağına işarə edir. TX350 indeksli krossoverin GX modelini əvəz edəcəyi ehtimal olunur. Şayiələrə görə, yeni krossover aparıcı kuzova və yeddi nəfərlik salona malik olacaqdır.