Növbəti 88-ci “Le Manın 24 saatı” marafonunun başlamasından bir müddət əvvəl Toyota şirkəti GR Super Sport hiperkarının prototipini nümayiş etdirib. Hibrid avtomobil həm FIA yarışlarında iştirak üçün nəzərdə tutulmuş yarış versiyasında, həm də satın alına bilən mülki versiyada təklif ediləcəkdir.

Toyota GR Super Sport modeli 2018 və 2019-cu illərdə Le Manda iki dəfə qələbə çalan TS050 Hybrid  sportprototipininin şassisi üzərində inşa edilib. Avtomobilin carçısı Gazoo Racing şirkətinin GR Super Sport Concept prototipi olub. Həm konsept, həm prototip birbaşa püskürtməli 2.4-litrlik altısilindrli benzin  biturbomühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz edilirlər. Qurğunun ümumi gücü 986 at qüvvəsidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hiperkarın FIA-nın dözümlülük yarışlarında iştirak etməsi üçün, Toyota GR Super Sport modeli 20 nüsxəlik seriya versiyası buraxılmalıdır.  Mülki avtomobilin güc qurğusu barədə məlumat verliməyib.

Avqust ayının sonlarında Toyota şirkəti ABŞ-da formalarına görə GR Super Sport modelinə bənzəyən hiperkarı patentləşdirib. Patent şəkillərindəki avtomobil, qapılar ilə birləşdirilmiş qeyri-adi açlan dam ilə təchiz edilibdir. İlkin məlumatlara görə, Toyota hiperkarının dəyəri bir milyon dolları keçəcəkdir.