Bir müddət bundan öncə Yaponiyada satışları başlamış Toyota RAV4 krossoveri dörd yeni versiyaya sahib olub. Onlarda ikisi Toyota Racing Development (TRD) bölməsi, digərləri isə Modellista şöbəsi tərəfindən hazırlanıb. Avtomobillər təchizat və dekoruna görə fərqlənirlər.

TRD bölümü tərəfindən hazırlanmış modellər Field Monster və Street Monster adlanır. Field Monster LED işıqlandırma bloku olan “ofrourd” bamperlərinə, təkər tağlarının əlavələrinə, ralli-karlardakına bənzər qırmızı rəngli palçıq saxlayanlara, damda quraşdırılımış baqaj bölümünə, 17-düymlük Crimson MG Monster təkər disklərinə və xüsusi dekora sahib olub. Street Monster isə, yeni aerodinamik dəst, bamper əlavələri və 20-düymlük TRD TF X-Limited təkər diskləri ilə təchiz edilir.

Modellista şöbəsi krossover üçün AeroKit əlavə təchizat dəstini təklif edir. Bu dəstin tərkibinə yeni ön spoyler, yan ətəklər və 19-düymlük təkər diskləri daxildir. Bundan başqa, şöbə tərkibinə kuzovun müdafiə əlavələri və 20-düymlük təkər diskləri daxil olan JAOS ofroud dəstini təklif edir.