RM Sotheby's hərrac evi cəmi üç nüsxədə buraxılmış çox nadir tapılan Puch 500 GE modelini satışa çıxarıb. Avtomobil, 1993-cü ildə Avstriyada buraxılıb.

Müasir Mercedes-Benz G-Class modelinin istehsalı Avstriyanın Qraz şəhərindəki Steyr-Daimler-Puch şirkətinin zavodunda yerləşdirilib. Bununla birlikdə, 1999-cu ilə qədər yolsuzluq avtomobilləri təkcə Mercedes-Benz loqotipləri ilə deyil, həm də Puch markası ilə bu müəssisənin konveyer xəttindən çıxırdıdı. Puch emblemini daşıyan avtomobillərin sayı o qədər çox deyildi. Onlar ümumi istehsalın təxminən 10 faizini təşkil edirdilər.

Satışa çıxarılan ofrouder məhz belə avtomobillərdən biridir və hətta, unikal 500 GE xəttinə məxsusdur - bu ofrouderlərdən yalnız üçü Puch adını almışdı. Ametistblau Metallic rənginə boyanmış bu nüsxə, jurnalist testləri üçün nəzərdə tutulmuşdu, və buna görə də, 90-cı illərin avtomobil jurnallarının üz qapağında görünməyə müvəffəq olmuşdu.

Avtomobilin avadanlıq siyahısına qızdırılan ön oturacaqlar, kruiz-kontrol və elektrik ötürməsinə malik olan lyuk daxildir. 2370 kiloqram çəkiyə malik olan yolsuzluq avtomobilini 237 at qüvvəsi hasil edən 5,0-litrlik M117 mühərriki hərəkətə gətirir. Ofrouder 100 km/saat həddinə 10,5 saniyəyə sürətlənir və 175 km/saat maksimal sürət həddinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Puch 500 GE modeli cəmi162.992 kilometr məsafə qət edib. Avtomobilin gələcək sahibi bonus olaraq, onun mənşəyini təsdiqləyən sənədlər paketini əldə edəcəkdir. Hərrac iyun ayının ikinci yarısında Almaniyanın Essen şəhərində keçiriləcəkdir.

Mənbə: RM Sotheby's