Bolqarstanda yerləşən Vilner atelyesi maraqlı bir layihə təqdim edib. Bolqar tüner 1990-cı ilin BMW M3 (E30) modelinin təkmilləşdirilmiş variantını təqdim edib. Kupe məhdud tirajla buraxılmış Evolution II sportkupesinin aerodinamik kuzov dəstinin elementlərinə sahib olub.

Vilner atelyesi interyer tərtibatı ilə məşhurlaşdığını nəzərə alsaq, M3 modelinin də xüsusi interyerə malik olduğundan şübhə etməmək olar. Bolqarlar avtomobilin salonunu Golf GTI modellərində olduğu kimi, damalı parça ilə üzləyiblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kupe BMW Individual kataloqundan götürülmüş Imola Red rənginə boyanıb. Bundan başqa, Evo II modelindən alınmış kuzov elementləri 18-düymlük BBS diskləri və xüsusi olaraq bu avtomobil üçün hazırlanmış arxa fənərlər ilə tamamlanıbdır. Salon tərtibatında dəri və damalı parçadan istifadə edilib. M3 kupesi Sparco oturacaqlarına, Momo Prototipo sükan çarxına və ayaqaltıları əvəzləyən metal panellərə sahib olub. Arxa oturacaqların yerində isə təhlükəsizlik karkası quraşdırılıb.

Avtomobilin 195 at qüvəli 2,3-litrlik sıralı dörd silindrli mühərriki ikinci nəsil M3 modelinin 3,2-litrlik altı silindrli mühərriki ilə əvəz edilib. Mühərrikin hasilatı 321 at qüvvəsi və 350 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı 5-pilləli mexaniki qutu ilə tandemdə çalışır. Bundan başqa, kupe KW firmasının asqı sisteminə və “bazarda olan ən yaxşı komponentlər” ilə təchiz edilib.