Bugatti şirkətinin yeni prezidenti Stefan Vilnkelman Paris avtosalonunda Rolls-Royce Cullinan və Bentley Bentayga modellərinə rəqib hazırlamaq ideyasını nəzərdən keçirdiklərini bildirib. Bununla belə, Vinkelman Lamborghini Urus modelini xatırlamağı “unudub”. Əvvəllər Bugatti markasının krossover buraxacağı barədə şayiələr gəzsə də, marka rəhbəri ilk dəfədir ki bunu təsdiq edib.

“Brend daha artığına hazırdır. W16 mühərriki markasını əsasını təşkil etsə də, o daima mövcud olmayacaqdır”, - Automotive News Europe nəşri Vinkelmandan sitat gətirib. O, həmçinin hibrid aqreqatının “gələcəyin bir hissəsi olacağını” bildirib.

Bugatti Divo şirkətin son təqdim etdiyi avtomobildir

Vinkelmann yeni modelin inşası üçün əlavə sərmayənin tələb olunduğunu bildirib. O. jurnalistlərə əvvəllər şirkəti Volkswagen konsernin sərmayələrini məntiqsiz xərcləməkdə ittiham etdiklərini də xatırladıb. Məlumdur ki, böyük vəsaitlər yalnız bir modelin yaradılmasına xərclənirdi. Vinkelman model çeşidinin genişlənməsinin Bugatti şirkəti effektiv və gəlirli edəcəyini söyləyib.

Vinkelmannın bildirdiyinə görə, Bugatti sahiblərinin əksər hissəsi 1927-ci ilin Bugatti Royale modeli ruhunda sedanın buraxılmasını arzulayır. Xatırladaq ki, bir müddət bundan öncə, fotocəsuslar Bugatti şirkətinin dayanacağında sedan kuzovlu avtomobilin fotoşəklini çəkmişdirlər. Bununla belə, ofrouderin istehsalı maliyyə cəhətdən daha sərfəli görünür. Bu səbəbdən də Bugatti hələlik kuzov seçimi sahəsində tərəddüd edir.