Kardiff şəhərinin sakini Ketlin Bruks orijinal Volkswagen Beetle avtomobilinin sahibidir. 1966-cı ilin dekabrında alınmış avtomobil 560 min kilometr yürüş edib. Bir müddət bundan öncə, Bruks qeyri-adi bir təklif alıb. Alman markasının yerli ofisi onun avtomobilini muzey eksponatı səviyyəsinə qədər pulsuz bərpa etmək təklifi ilə çıxış edib.

«Biz sadiq Volkswagen sahibləri barədə hekayələri tez-tez eşidirik, lakin Ketlində başqa bir cövhər vardır, - Volkswagen şirkətinin amerikan ofisinin vitse-prezidenti Derrik Hatami bildirib. _ Orijinal Beetle bizə ABŞ-da fəaliyyətə başlamağa imkan yaradıb. Bu nüsxə sadəcə avtomobil deyil, o, Ketlinin ailəsinin bir üzvüdür. Bizim əməkdaşlar avtomobil ilə o qədər vaxt keçiriblər ki, Beetle artıq bizim ailənin bir hissəsinə çevrilib».

Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin bərpası 11 aydan artıq vaxt tələb edib. İşlərə Meksikanın Pueblo şəhərindəki Volkswagen zavodunun 60 əməkdaşı cəlb edilib. Belə yürüyüşü olan avtomobil üçün ən böyük problem onun paslanmış altlığı , asqı və transmissiya elementləri, həmçinin qismən çalışmayan elektrik hissəsi olub.

Şirkət təmsilçilərinin bildirdiyinə görə, avtomobilin 40 faizini dəyişmək və 347 detalı bərpa etmək lazım gəlib. «Böcəyin» orijinal rəngini əlcək qutusundan götürülmüş nümunə sayəsində bərpa etmək mümkün olub. Avtomobil müasir modelin əyləc mexanizmləri və orijinala bənzədilmiş müasir maqnitola ilə təchiz ediblər. Bundan başqa, mütəxəssislər avtomobilin asqısını yeniləyərək, ötürmələr qutusunu yenidən yığıblar. Mühərrik də sökülmüş, təmizlənərək yenidən yığılmışdır.

Layohənin meneceri Auqusto Samudionun sözlərinə görə, onların məqsədi VW Beetle modelini muzeydə sərgilənəcək kolleksiya avtomobili vəziyyətinə gətirmək olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt