Volkswagen şirkəti akkumulyator batareyalarının elementlərini istehsal edəcək zavodun inşasına bir milyard avroya yaxın sərmayə qoyacaqdır. Zavon Aşağı Saksoniyanın Zalzgitter şəhərində yerləşəcəkdir. Bundan başqa, konsern tərəfdaşları ilə Avropada yeni multibrend istehsal meydançasının inşası məsələsini ətrafında danışıqlara başlayıb.

Batareya zavodunun tikilməsi barədə Volkswagen AG müşahidə şurası və idarə heyəti tərəfindən qəbul edilmiş qərar Volkswagen Group qrupunun model xəttinin elektrikləşdirilməsi strategiyasının tərkib hissəsi olacaqdır. Müəssiəsə gərək olan artımı və kənar istehsalçılardan aslılığın aradan qaldırılmasını təmin edəcəkdir. Konsernin rəhbərliyi bu tədbirlərin «biznesin fundamental transformasiyasına şərait yaradacaq və konsernə daxil olan markaların gələcəyini təmin edəcəkdir».

Istehsalın genişləndirilməsi ilə yanaşı, Volkswagen biznes vahidlərinin satılması və ya yenidən təşkili barədə fikirləşir. Konsern birgə müəssisələrin yaradılması üzərində düşünür, həmçinin gəmilər üçün mühərriklər istehsal edən MAN Energy Solutions və avtomobil transmissiyaları buraxan Renk şirkətlərinə şərik axtarır.