Volkswagen şirkəti dəbdəbəli minivan buraxmaq niyyətindədir. Viloran adlandırılmış minivenin əsas satış bazarı Çin olacaqdır. Minivenin başlıca hədəfi yerli iş adamlarıdır. Minivenin istehsalı Volkswagen və SAIC şirkətlərinin Çində birgə inşa etdikləri zavodda aparılacaqdır. Volkswagen Viloran modelinin kütləvi təqdimat mərasimi noyabrın sonunda Quançjouda keçiriləcək avtosalonda baş tutacaqdır.

Viloran modelinin ön hissəsinin dizaynı bayraqdar Touareg modelinin üslubunda olacaqdır. Miniven krossoverdəkinə bənzəyən radiator barmaqlığına və LED fənərlərə sahibolacaqdır. Çin alıcıların zövqünə uyğun olaraq, bamperdəki barmaqlığın üfüqi xətləri xromla örtüləcəkdir. Bundan başqa, pəncərə haşiyələri və arxa fənərləri birləşdirən zolaq da xromdan hazırlanacaqdır. Məlum məsələdir ki, miniven yeni loqotiplə də təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt

Minivenin xarakteristikaları açıqlanmasa da, onun uzunluğunun 5300 mm olacağı söylənilir. Bu göstəriciyə görə 4952 mm uzunluğu olan Viloran Sharan minivenini və əsas rəqibi olan Biuck GL8 (5203 mm) ciddi şəkildə üstələyir. İlkin məlumata görə, Viloran beş və yeddi yerli salonla təklif ediləcəkdir. Yeni minivenin 2+2+2 formatında təklif olunacağını da istisna etmək olmaz.

Volkswagen Viloran modelinin EA888 seriyasından olan 220 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz ediləcəyi ehtimal olunur. Çox güman ki, Çində avtomobil öndən ötürmə ilə təklif ediləcəkdir. Modelin digər bazarlarda satışma şansı da mövcuddur – bunu söyləməyə minivenin İspaniyada sınaqdan keçirilən prototipləri əsas verir.